4 min il yaşı olan ölümcül xəstəlik: Ölkəmizdə 9 min insan əziyyət çəkir
Bizi izləyin

Səhiyyə

4 min il yaşı olan ölümcül xəstəlik: Ölkəmizdə 9 min insan əziyyət çəkir

Dünyada hər il 10 milyon insan vərəmə yoluxur və bir milyondan çox insan isə bu xəstəlik səbəbindən dünyasını dəyişir.

Publika.az xəbər verir ki, 4 min il yaşı olan bu xəstəlik hələ də, insanlar üçün ölüm səbəblərindən biri olaraq qalmaqdadır.

Artıq dünyada vərəmə yoluxanların sayında ciddi azalma müşahidə edilir. Bunun səbəbi yenilənən müalicə üsulları və xəstəliyə yoluxmamaq üçün insanların maarifləndirilməsidir.

Müalicə edildiyində yüz faiz sağalma müşahidə edilən xəstəlik yanlış müalicə ilə ölümə səbəb ola bilir. Azərbaycanda qeydiyyatda olan vərəm xəstələrinin sayı 8500-9000 arasında dəyişir. Ölkədə ən çox vərəmlə xəstələnənlər 25-44 yaş arasında olan insanlardır. Bu xəstələrin arasında kişilər üstünlük təşkil edir.

Hər il 24 mart Ümumdünya Vərəm Günü ilə mübarizə günü kimi qeyd edilir. Bu günün qeyd edilməsində məqsəd xəstəliklə bağlı insanları daha çox məlumatlandırmaq və bilinməyən məlumatları çatdırmaqdır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm