Qüdrət Həsənquliyev: “Sığorta şirkətləri insanları həddindən çox incidir”
Bizi izləyin

Sosial

Qüdrət Həsənquliyev: “Sığorta şirkətləri insanları həddindən çox incidir”

“Sığorta şirkətləri insanları həddindən çox incidir. Avtomobilləri vurulan insanlara çox vaxt sığorta şirkətləri pul verməkdən imtina edirlər”.

“Sığorta şirkətləri insanları həddindən çox incidir. Avtomobilləri vurulan insanlara çox vaxt sığorta şirkətləri pul verməkdən imtina edirlər”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Q.Həsənquliyev deyib ki, ona sığorta şirkətlərinin fəaliyyəti ilə bağlı insanlardan şikayətlər daxil olur: “Mən özüm də bir neçə dəfə sığorta şirkətlərinin nümayəndələri ilə telefonla danışmışam. Deyirəm ki, niyə pulu ödəmək istəmirsiz? Deyirlər ki, avtomobil köhnədir və sairə. Deyirəm ki, yaxşı, insanları niyə bu qədər incidirsiz? Hesab edirəm ki, sığorta şirkətlərinin bu cür fəaliyyətinin qarşısı alınmalıdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm