Sosial
25 hektar torpaqda qanunsuz tikintinin qarşısı alındı
Sabunçu rayonunda dövlət mülkiyyətində olan 25 hektar torpaq sahəsində qanunsuz tikinti aparılmasının qarşısı alınıb.
Bu barədə Publika.az-a Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.
Bildirilir ki, Komitə tərəfindən Sabunçu rayonunun Ramana və Maştağa qəsəbələrində mühafizə zonalarında müvafiq qurumlar tərəfindən torpaq ayrılması halları, vəzifəli şəxslər tərəfindən torpaq sahələri ilə bağlı qanunsuz qərarların verilməsi faktları araşdırılması ilə bağlı monitirinq aparılıb. Bu monitorinqi komitə müvafiq rayon icra hakimiyyətləri, bələdiyyələr və rayon polis şöbələri ilə birgə keçirib.
Monitorinqlər nəticəsində Sabunçu rayonu ərazisində dövlət mülkiyyətində olan 25 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz olaraq özbaşına tikinti aparılması halları aşkarlanıb və qarşısı alınıb. Məlum olub ki, Ramana qəsəbəsində müxtəlif şəxslər tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi-yaşayış və müxtəlif məqsədli tikinti işləri aparılıb. Maştağa qəsəbəsində vətəndaşların icarəsinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş torpaqlarda təyinatına zidd olaraq böyük ərazilərin özbaşına hasara alınması və obyektlərin inşasının qarşısı alınıb.
Belə hallara Abşeron rayonunun istifadəsində olan Xəzər rayonunun Zirə və Türkan qəsəbələrində də yol verilməklə torpaqların kənd təsərrüfatı təyinatlı olmasına baxmayaraq aparılan qanunsuz tikinti işləri dayandırılıb. Bu hallarla kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulan torpaq sahələrinin istifadəsi ilə bağlı torpaq qanunvericiliyinin tələbləri kobud şəkildə pozulub. Qeydə alınan pozuntu halları ilə əlaqədar tədbirlər görülüb, cərimələr və sanksiyalar barədə inzibati protokollar tərtib edilmiş və bildirişlər verilib. Belə ki, yol verilmiş pozuntu işləri ilə bağlı 7 şəxs barəsində torpağın münbit qatının korlanaraq,qeyri-qanuni tikinti işlərinin aparılmasına görə inzibati protokol tərtib edilib. Eyni zamanda, 10 şəxsə torpaq üzərində heç bir hüquqi sənəd olmadan hasara alma halının aradan qaldırılması, 5 şəxsə isə əraziyə tökülmüş tikinti materiallarının yığışdırılması barədə xəbərdarlıqlar edilərək müvafiq bildirişlər verilib.
Aparılan monitorinqlər zamanı bir sıra hallarda vətəndaşlar, ayrı-ayrı hüquqi şəxslər tərəfindən onlara məxsus mülkiyyətin ətrafındakı torpaqların zəbt edilməsi və qeyri-qanuni hasarlanması hallarına rast gəlinib. Bu isə öz növbəsində həm vətəndaşın, həm də dövlətin mülkiyyət mənafelərinin səmərəli qorunmasına maneələr yaradır.
Monitorinqlər zamanı kommunikasiya xətlərinin (yüksək gərginlikli elektrik xətləri, avtomobil və dəmir yolları, magistral neft, qaz, su boru kəmərləri və s.) mühafizə zolağına aid torpaqların zəbt edilərək orada yaşayış evlərinin, sahibkarlıq və digər təyinatlı obyektlərin tikintisi hallarına da rast gəlinir. Bu hallar kommunikasiyaların istismarı zamanı çətinliklər yaratmaqla yanaşı, vətəndaşların həyatı üçün də ciddi təhlükə mənbəyidir.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı