Tarixdə BU GÜN
Bizi izləyin

Sosial

Tarixdə BU GÜN

1918 - Nuru paşanın başçılıq etdiyi Osmanlı hərbi heyəti Gəncəyə gəlib. Məqsəd bolşevik-daşnak «Bakı Kommunası» qoşunlarının Gəncəyə gözlənilən hücumuna qarşı hazırlıq görmək idi.

* * *

1920 - Gəncədə Azərbaycanın sovetləşməsinə etiraz əlaməti olaraq üsyan başlanıb. Üsyana Cavad bəy Şıxlinski, Mirzə Məhəmməd Qacar və Cahangir bəy Kazımbəyov rəhbərlik edirdi.

Bolşeviklər üsyanın yatırılması üçün şəhərə əlavə ordu hissələri yeridiblər. Gəncədə yaşayan ermənilər rusların ordusuna kömək edirdilər. Üsyan mayın 31-də böyük qəddarlıqla yatırıldı.

* * *

1925 - Şair, nasir, dramaturq Həsən Mehdi oğlu Fətullayev anadan olub.

* * *

1992 - Moskvada Rusiya prezidenti Boris Yeltsin və Türkiyənin baş naziri Süleyman Dəmirəlin görüşündə Ermənistan və Azərbaycanı sülh danışıqlarına çağıran birgə bəyanat verilib.

* * *

1993 - Azərbaycandan Rusiya (keçmiş SSRİ) qoşunlarının çıxarılması başa çatıb. Gəncədəki sonuncu Rusiya hərbi kontingenti şəhəri tərk edib. Azərbaycandakı Rusiya (sovet) hərbi hissələrinin çıxarılması ilkin olaraq 1992-ci ilin avqustunda Naxçıvan Muxtar Respublikasından başlamışdı.

* * *

2005 - Bakı yaxınlığındakı Səngəçal terminalında Bakı-Tbilisi-Ceyhan boru kəmərinin Azərbaycan hissəsinə neftin vurulması ilə bağlı mərasim keçirilib. Mərasimdə Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan prezidentləri, ABŞ-ın energetika naziri, ümumilikdə 30-dan çox ölkənin və şirkətin təmsilçiləri iştirak edirdi.

2005-ci ilin oktyabrında kəmərin Gürcüstan hissəsi işə salındı, 2006-cı ilin mayında neft Türkiyənin Ceyhan limanına yetişdi.

***

25 may 1803 - Amerika şairi, filosof, esseist Ralf Uoldo Emerson (1803-1882) anadan olub.

25 may 1905 - Ukrayna-sovet yazıçı-dramaturqu, akademik, dövlət xadimi Aleksandr Yevdomikoviç Korneyçuk (1905-1972) anadan olub.

25 may 1920 - Rus kinorejissoru Yuri Pavloviç Yeqorov (1920-1982) anadan olub. Filmləri: “Könüllülər”, “Atalar və oğullar” və s.

25 may 1942 - Rusiyanın Xalq artisti, tanınmış aktyor Aleksandr Aleksandroviç Kalyaqin anadan olub. Azərbaycanda rejissor Rasim Ocaqovun “İstintaq” (SSRİ Dövlət mükafatı), “Bağlı qapı”, “Park”, “Özgə ömür” filmlərinə çəkilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm