BAXCP sədri jurnalistləri təbrik etdi
Bizi izləyin

Sosial

BAXCP sədri jurnalistləri təbrik etdi

"Azərbaycan mediası milli mətbuatımızın klassik ənənələrinə söykənərək inkişaf edir, ölkənin informasiya təhlükəsizliyinin və milli maraqlarımızın qorunmasında fədakarlıq nümayiş etdirir".

Publika.az xəbər verir ki, bu sözləri BAXCP-nin sədri, millət vəkili Qüdrət Həsənquliyev mətbuata təbrikində bildirib.

Milli mətbuat və Jurnalistika günü münasibətilə Kütləvi İnformasiya Vasitələrinin bütün əməkdaşlarını təbrik edən BAXCP sədri onların hər birinə möhkəm cansağlıqı, yaradıcılıq uğurları arzulayıb.

Qüdrət Həsənquliyev Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən binada mənzillə təmin olunan jurnalistləri də təbrik edib: “Mənzillə təmin olunan jurnalistlərə təbriklərimi və ən xoş arzularımı çatdırıram. Ümid edirəm ki, mənzil almağa iddialı olan, lakin bu dəfə arzularına çatmayan media nümayəndələri də növbəti dəfə məzillə təmin olunacaqlar”.

BAXCP sədri vəfat etmiş jurnalistlərin ailələrinə mənzil verilməsi faktını xüsusi olaraq qiymətləndirib və alqışladığını bildirib: “Mən dünyasını dəyişmiş jurnalistlərin mənzillə təmin olunmuş ailə üzvlərini də təbrik edirəm, onlara yeni mənzillərində firavan həyat, sevinc dolu günlər arzulayıram”.

Qüdrət Həsənquliyev jürnalistlərin sosial vəziyyətinin və mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı atılan addımları yüksək dəyərləndirdiyini bildirib: “Hesab edirəm ki, KİV təmsilçiləri jürnalistlərin mənzillə təmin edilməsini onların müstəqilliyinin aəlindən alınması kimi təqdim etməyə çalışanların siyasi demoqoiyasının təsiri altına düşməməlidirlər. İnşa edilən binalar Azərbaycan dövlətinin vəsaiti hesabına tikilir. Dövlət isə hamınındır. Bu baxımdan irəli sürülən iddiaların heç bir əsası yoxdur. Jurnalistlərin mənzillə təmin edilməsi onların qayğılarını kifayət qədər azaldır və təbii yaradıcılıq prosesinə müsbət təkan verir. Biz bu KİV nümayəndələrinin sosial vəziyyətinin və mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı atılan addımları dəstəkləyir və davamlı olmasını arzulayırıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm