Sosial
Bu nazirlikdə yeni qurumlar yaradıldı
Nazirlər Kabineti “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” 2015-ci il 17 aprel tarixli qərarında dəyişiklik edib.
Qərara əsasən Xaçmaz rayonundakı “Azərbaycan” tərəvəz toxumçuluğu üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” MMC və "28 May" taxıl toxumçuluğu üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi" MMC birləşdirilərək Kənd Təsərrüfatı Nazirliyinin “Xaçmaz Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC yaradılıb.
Dəyişikliyə əsasən, Xaçmaz rayonundakı "Azərbaycan" tərəvəz toxumçuluğu üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi" MMC "Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəsi"nin tabeliyinə veriləcək. Yaradılmış "Xaçmaz Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi" MMC isə ləğv edilib, Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki təsərrüfathesablı təşkilat kimi "28 May" Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi” MMC yaradılıb.
"Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında" 2015-ci il 17 aprel tarixli qərara əsasən Quba rayonundakı "Meyvə tingliyi dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi" MMC və "Şəfəq" südlük-maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi" MMC birləşdirilərək Kənd Təsərrüfatı Nazirliyinin "Quba Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi" MMC yaradılmışdı. Dəyişikliyə əsasən isə Quba rayonundakı "Şəfəq" südlük-maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi" MMC-nin adı dəyişdirilərək Kənd Təsərrüfatı Nazirliyinin "Quba Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi" MMC adlandırılacaq.
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi