Aydın Əliyev Ağcabədidə vətəndaşları qəbul edib
Bizi izləyin

Sosial

Aydın Əliyev Ağcabədidə vətəndaşları qəbul edib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev vətəndaşları qəbul edib.

Qəbul zamanı bölgədə yaşayan sakinlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib.

Ağcabədidə şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan görüşdə, 27 nəfər dinlənilib. 4 müraciət gömrüyün rəsmiləşdirilməsi ilə bağlı olub. Bir müraciət istintaqa cəlb olunmuş cinayət məsələ ilə əlaqədar olub, digər 22 müraciət isə gömrük orqanlarına işə düzəlmə və müsabiqələrlə bağlı olub.

Komitə sədri, A. Əliyev açıqlamasında bildirib ki, Dövlət Gömrük Komitəsi hazırda 2 səpkidə təkliflər planı hazırlayır: “Birinci turistlərin ölkəyə cəlb edilməsi məqsədilə turizmin inkişafıdır. Bu məsələ ilə bağlı Sərhəd Qoşunları ilə birlikdə yeni zolaqların açılmasına çalışırıq. Amma bu sahədə kadr çatışmazlığı var və eyni zamanda vəsait tələb edir. İkincisi isə, qanunvericilikdə və normativ sənədlərdə tətbiq olunan məhdudiyyətlərə baxmayaraq kommersiya sahəsində qeyri-qanuni yolla tütün məmulatları və spirtli içkilərin ölkəyə axınının qarşısını ala bilməkdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm