Təqaüdçüləri aldadan şəxs tutuldu - VİDEO
Bizi izləyin

Sosial

Təqaüdçüləri aldadan şəxs tutuldu - VİDEO

Şirvanda təqaüdçüləri aldadan şəxs saxlanılıb.

Publika.az Xəzər TV-yə istinadən bildirir ki, vətəndaşların polis şöbəsinə müraciəti əsasında əməliyyat - istintaq tədbirləri həyata keçirilib və şəhər sakini, 27 yaşlı Füzuli Nəcəfov saxlanılıb. Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxs bankomatlardan pul çəkən təqaüdçülərin etibarından sui-istifadə edərək onları aldadıb.

Füzuli Nəcəfov təqaüdçülərin plastik kartından ümumilikdə 342 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm