Sosial
"Ganja Big Idea Competition" müsabiqəsinin qalibləri bəlli oldu
Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yerli startapların inkişafı üçün hazırladığı layihələr davam edir. Mərkəzin ötən ay PAŞA Bank və Azərbaycan Texnologiya Universiteti ilə birlikdə Gəncə şəhərindəki startaplar üçün elan etdiyi "Ganja Big Idea Competition" müsabiqəsinin qalibləri bəlli olub. Gəncə şəhərində ilk dəfə təşkil edilən müsabiqəsinin 16 oktyabrda final mərhələsi keçirilib. Finalda 10 komanda iştirak edib. Öz ideyalarını hakim heyətinə təqdim edən komandalar biznes-planla birlikdə 10 dəqiqə ərzində çıxış ediblər. Beləliklə, “Ganja Big Idea Competition" ideya müsabiqəsinin qalibləri: 1-ci yer “BioBone” layihəsi , 2-ci yer “Sevimli ixtisasım” , 3-cü yer “HolaDost” .
Qalib gələn komandalar aşağıdakı hədiyələrlə mükafatlandırılıblar.
1-ci yer – 500 AZN dəyərində hədiyyə kuponu
2-ci yer – 300 AZN dəyərində hədiyyə kuponu
3-ci yer – 200 AZN dəyərində hədiyyə kuponu
Eyni zamanda müsabiqədə iştirak edən uğurlu layihələrə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi inkubasiya və digər əməkdaşlıq xidmətləri təklif edilib.
Məlumat üçün bildirək ki, müsabiqəyə 11 sentyabr tarixində start verilib. "Ganja Big Idea Competition" ideya müsabiqəsinin məqsədi müxtəlif, o cümlədən mobil proqramlar, İnternet, proqram təminatı, oyunlar, xidmət proqramları, korporativ proqram təminatı, yeni biznes modelləri, xidmətlər, robotlar, informasiya texnologiyaları və istehlakçı elektronikası, səhiyyə, kənd təsərrüfatı, IoT, qeyri-neft sektoru, kimya üçün informasiya texnologiyaları sahələrində innovativ ideyaların tapılmasıdır. Müsabiqə eyni zamanda bölgələrdəki tələbələrə öz biznes fikirlərini inkişaf etdirmək və mükafatlar qazanmaq imkanı verib.
Qeyd edək ki, sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə Azercell şirkəti tərəfindən yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və Startupları dəstəkləyərək onların şirkət kimi formalaşmasına kömək edir.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR