Şirin qazlı içkilər uşaqların SÜMÜYÜNÜ "ƏRİDİR" - - VİDEO
Bizi izləyin

Sosial

Şirin qazlı içkilər uşaqların SÜMÜYÜNÜ "ƏRİDİR" - - VİDEO

Şirin qazlı içkilər uşaqlarda sümük əriməsinə səbəb olur.

Publika.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, ölkəmizdə osteoporoz - yəni sümük əriməsi və sümük keyfiyyətinin aşağı düşməsindən əziyyət çəkən xeyli insan var. Həmin insanlarda sümüklər daha tez sınır.

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru İlqar Qasımovun sözlərinə görə, son zamanlar uşaqlarda da bu xəstəliyə tez-tez rast gəlinir. Səbəb isə azyaşlıların şirin qazlı içkilərdən çox istifadə etmələridir.

Əksər uşaqlar bu suları sevərək içdiklərini, valideynlər isə azyaşlılar üçün zərərli olduğunu bilmədiklərini deyirlər.

Böyüklərdə isə osteoporoz xəstəliyinin yaranmasının əsas səbəbi siqaret çəkmək və alkoqollu içkilərin qəbuludur.

İlqar Qasımov deyir ki, bir neçə nüansa diqqət etməklə bu xəstəlikdən qorunmaq mümkündür.

İlqar Qasımov deyir ki, kalsiumu preparat şəklində də qəbul etmək olar. Lakin bu zaman mütləq həkimlə məsləhətləşmək lazımdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm