Sosial
AMEA əməkdaşları üçün Sarayda yeni yaşayış kompleksi salınır
Hazırda Abşeron rayonunun Saray qəsəbəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları üçün yaşayış kompleksinin salınması ilə bağlı uğurlu addımlar atılır.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanov təşkilatın VII qurultayında çıxışı zamanı deyib.
H.Qurbanov bildirib ki, son 5 ildə AMEA-ya məxsus olan, amma etinasızlıq nəticəsində digər təşkilatlar tərəfindən ələ keçirilən çoxlu sayda torpaq sahələri, elmi obyektlər geri alınıb.
O əlavə edib ki, son illərdə AMEA əməkdaşlarını uçuz qiymətə kənd təsərrüfatı məhsulları ilə təmin etməyə çalışırlar. Bu prosesin getdikcə genişləndiriləcəyini deyən H.Qurbanov qeyd edib ki, Akademiya şəhərciyində bu məhsulların satışını təşkil etmək üçün mağaza açılması zərurəti yaranıb:
"Ümid edirəm ki, yaxın zamanlarda AMEA-nın İşlər İdarəsi ilə bu məsələni həll edəcəyik. Eyni zamanda, Akademiya əməkdaşları üçün poliklinikanın yaradılması da öz həllini tapacaq". (trend)
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı