"Oğlum o dünyaya gülə-gülə getdi..." - Jurnalistlə VİDA mərasimi keçirilir - - FOTO
Bizi izləyin

Sosial

"Oğlum o dünyaya gülə-gülə getdi..." - Jurnalistlə VİDA mərasimi keçirilir - - FOTO

Dünən infarktdan dünyasını dəyişən tanınmış jurnalist Natiq Qədimovla vida mərasimi keçirilir.

Cənazə mərhumun Bakıdakı C.Naxçıvani küçəsində yerləşən evindən götürülür.

Mərasimdə mərhumun ailə üzvləri, yaxın dostları və tanınmış media nümayəndələri iştirak edir.

Mərhumun atası Aydın Qədimov göz yaşı içində oğlu ilə bağlı xatirələrini bölüşüb. O, oğlunun gülə-gülə öldüyünü, səhhətindən heç vaxt şikayətlənmədiyini deyib.

Natiq Qədimov 2 iyul 1976-cı ildə Bakı şəhərində anadan olub. "Ayna"-"Zekalo" qəzetlərində, eləcə də ANS-in "İç xəbər" proqramında çalışıb. Son iş yeri APA TV idi.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm