Bakının üç qəsəbəsində sabaha qədər su olmayacaq
Bizi izləyin

Sosial

Bakının üç qəsəbəsində sabaha qədər su olmayacaq

Bu gün Bakının üç qəsəbəsində içməli su təchizatında məhdudiyyətlər yaranıb.

"Azərsu" ASC-dən Publika.az-a verilən məlumata görə, magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədar Xocahəsən qəsəbəsində, eləcə də Sulutəpə və Biləcəri qəsəbələrnin bir hissəsində içməli suyun verilişində fasilə yaranıb.

Məlumatda bildirilib ki, içməli suyun verilişində fasilə yanvarın 22-də günün birinci yarısına qədər davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm