Sosial
Millət vəkilindən yeni hava limanı təklifi
“Şəkinin mərkəzində 200 mənzilə illərdir təbii qaz verilmir”.
Publika.az-ın xəbərinə görə, bu sözləri millət vəkili Yaqub Mahmudov Milli Məclisdə Hökumətin 2017-ci il hesabatına münasibət bildirərkən deyib.
Millət vəkili bildirib ki, bu şəhərdə 441 nəfər vətəndaşa torpaq sahəsi ayrılıb, onlar həmin sahədə ev tikiblər:
“Lakin 200 mənzildə yaşayış olsa da, illərdir onlar qazla təmin edilməyiblər. Necə olur ki, illərdir şəhərin bir hissəsində bu süni narazılıq yaradır. Biz Prezident seçkiləri ərəfəsindəyik, Baş nazirə müraciət edərək bu süni narazılığı aradan qaldırmaqda bizə dəstək verməsini xahiş edirəm. Diqqətə çatdırmaq istədiyim ikinci məsələ hava limanı ilə bağlıdır. 100 min nəfərlik əhalisi olan Şəkidə nə üçün təyyarə meydançası olmasın? Bu məsələyə dövlət maraqları səpkisində baxılmasını istərdik. Şəkinin tarixi və bugünkü ölkə üçün əhəmiyyətini nəzərə alaraq belə bir şəhərdə hava limanının olmamasını doğru hesab etmirəm”.
Gülxar
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR