Bu gündən Azərbaycana gələn əcnəbilərin qeydiyyatı ASANlaşdı
Bizi izləyin

Sosial

Bu gündən Azərbaycana gələn əcnəbilərin qeydiyyatı ASANlaşdı

Əcnəbilərin (xarici vətəndaşların) olduğu yer üzrə qeydiyyatı artıq ölkəmizdə olan bütün ASAN-Xidmət mərkəzlərində həyata keçirilə bilər.

Publika.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov feysbuk səhifəsində məlumat paylaşıb.

Vüsal Hüseynov qeyd edib ki, keçən həftə bu xidmət yalnız Bakı və Sumqayıt şəhərlərini əhatə edib:

“Artıq regionlarımızın sakinləri və qonaqlar bu mərkəzlərdə asan formada qeydiyyata düşə bilərlər. Xidmət üçün rüsum yoxdur”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm