Cənubi Qafqaz
Qapalı görüşdə Paşinyan Putinə Azərbaycanla bağlı nələr deyib? - ŞOK DETALLAR
Dünən Soçidə Rusiya prezidenti Vladimir Putinlə
Ermənistanın yeni baş naziri Nikol Paşinyanın görüşü oldu.
Ermənistanda Qərb institutları tərəfindən maliyyələşdirilən və Serj
Sarkisyanın istefası, eləcə də son 10 ildə ölkəni idarə edən
Respublika Partiyasının müxalifətə keçməsi ilə nəticələnən inqilab
fonunda bu görüş diqqətəlayiq idi.
Putin və Paşinyan görüşdən öncə mətbuata açıqlamalarında ikitərəfli
əməkdaşlığın inkişaf etdirilməsi, gələcək münasibətlərin daha da
möhkəmləndirilməsi kimi müsbət fikirlər səsləndirdi. Lakin Putin və
Paşinyanın bağlı qapılar arxasında nələr müzakirə etdiyi
maraqlıdır.
Publika.az xəbər verir ki, Ermənistan mediası
qapalı görüşdə müzakirə olunan məsələlərlə bağlı bir sıra versiya
irəli sürüb.
Birinci məsələ: erməni siyasi şərhçi Sarqis
Artsruni iddia edir ki, Paşinyan Putindən Dağlıq Qarabağ
münaqişəsində dəstək, həmçinin, Azərbaycana silah satışının
məhdudlaşdırılmasını istəyib. Putinin cavabı isə diplomatik olub və
Azərbaycanla Rusiya arasında ciddi əməkdaşlığın olduğunu
vurğulayıb.
İkinci məsələ: Putin Paşinyandan Rusiyanın
Ermənistandakı maraqlarının gələcəyi haqda soruşub. Paşinyan
Moskvaya münasibətin dəyişməyəcəyini vəd edib.
Erməni şərhçi Ayk Xalatyan hesab edir ki, qapalı görüşdə Rusiya
qazının Ermənistana daha güzəştli şəkildə satılması, ikitərəfli
ticarətin artırılması və s. məsələlər də müzakirə olunub.
Lakin bu görüşün daha çox tanışlıq xarakteri daşıdığı və
münasibətlərin bundan sonra aydınlaşacağını düşünənlər də var.
Asif
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO