Tabloid.az
Acun Ilıcalı Utopia-nı aldı - FOTO
Türkiyənin ən məşhur prodüser və aparıcılarından olan Acun Ilıcalı TV8 telekanalını satın alandan sonra ciddi yeniliklərə başlayıb.
O, Hollandiyanın ən populyar realiti-şoularından biri Utopia-nın Türkiyədə yayım haqqını satın alıb.
Şou yeni mövsümdən etibarən TV8 telekanalında göstəriləcək.
Milli.Az AHT-yə istinadən bildirir ki, Utopia-nın Türkiyədə yayım
haqqının Acun Ilıcalı tərəfindən alınmasını "John de Mols" şirkəti
təsdiqləyib.
Utopia şousunda 15 nəfər bir il ərzində uzaq bir yerdə yaşayır. Onların yaşamı sutkada 24 saat 360 videokamera tərəfindən fasiləsiz çəkilir.
İnternetdə müəyyən məbləğ ödəyən hər kəs şoudakı kameralardan birinə qoşularaq Utopia-nın iştirakçılarını seyr edə bilər.
Şouda adətən iki anqarda yaşayan 15 nəfərə iki inək, 25 toyuq, bir
neçə əşya və kənd təsərrüfatı ilə məşğul olmaq üçün ərazi ayrılır.
Onlar yaşamaq üçün kəndli həyatı sürməlidirlər.
Ayda bir iştirakçı şounu tərk etməlidir.
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər