Tabloid.az
Polis Günay Musayevanı "Ses"dən qovdu - Foto
“Survivor” yarışmasında iştirak etmək üçün Dominikanda olan Tolqa Karelin arvadı, azərbaycanlı model Günay Musayeva polisləri əməlli-başlı işə salıb.
Günay Musayeva Nişandaşında yerləşən "Ses" barında gecə keçirib. Bara iki kişi dostu ilə gələn Günay Musayeva mühafizəçilərinə “Burda jurnalistlər var?”, - deyə soruşub. Yaxınlıqda jurnalist olmadığını öyrənən Günay Musayeva dostları ilə birlikdə bara girib.
Barda səhərə qədər dostları ilə əylənən Günay Musayeva sonradan ordan çıxıb. Bardan çıxarkən tanınmış modelin yanında iki qadın rəfiqəsi də olub. Onlar avtomobilə minərək ərazidən uzaqlaşıblar.
Barda əylənən Günay Musayeva və rəfiqələrinin kefinə isə polis maşını yoxlama aparan zaman “soğan doğranıb”. Polisin “saxla” əmrinə tabe olmayan Günay Musayeva və rəfiqələri hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən maşınla qovulmağa başlanıb. İki polis maşınları tərəfindən sıxışdırılan Günay Musayevanın olduğu maşın saxlanılıb.
Polis məmurlarına jurnalistlərdən şikayət edən qadınlardan biri,
avtomobildə Tolqa Karelin arvadının olduğunu bildirib.
“Jurnalistlər bizi çəkməsin deyə maşını saxlamadıq” deyən
xanımların sonradan möhkəm sərxoş olduqları məlum olub.
Vəziyyəti səssizliklə izləyən Günay Musayeva isə sualları cavabsız
qoyaraq, əllərilə üzünü tutub.
Polis avtomobili sərxoş qadınlardan alıb. Qadınlar və Günay Musayeva polis əməkdaşları tərəfindən evə ötürülüb.
Tolqa Karellə aralarında dava-dalaş səngiməyən Günay Musayeva bu dəfə də həyat yoldaşını saymayıb. Çünki bir müddət əvvəl Tolqa Karel arvadına gecə gəzintilərinə son qoymağı tapşırmışdı.
Qeyd edək ki, podiuma çıxmazdan bir gün əvvəl Günayın qapısına məhkəmə icraçıları gəliblər. Əmlakın müsadirəsi üzrə məhkəmə məmurları hal-hazırda “Survivor” yarışmasında iştirak edən Tolqa Karelin Bəylərbəyindəki evinə gəliblər. Kareldən boşanacağı iddia edilən Musayeva sərt reaksiya verib. "Bu borcdan xəbərim yoxdur. Tolqa burada deyil. O, "Survivor" üçün Dominikandadır. Nə üçün 10 illik borc üçün indi gəlirsiniz?" (ANS).
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi