Stas Mixaylov Bakıda
Bizi izləyin

Tabloid.az

Stas Mixaylov Bakıda

2, 4 may 2014-cü il tarixlərində Bakıda Heydər Əliyev Sarayında Rusiya estradasının populyar müğənnisi Stas Mixaylovun möhtəşəm solo-konserti keçiriləcək.

1997-ci ildən fəal musiqi faəliyyətinə başlayan Stas Mixaylovun bir-birinin ardınca bəstələdiyi və ifa etdiyi mahnıların hamısı xitə çevrilir. “Свеча” (1997), “Посвящении” (2002), «Позывные на любовь» (2004), “К тебе иду” (2005), «Берега мечты» (2006), «Небеса» (2007), «Жизнь - река» (2008), «Живой» (2010), «Только ты» (2011), «Джокер» (2013) və s. albomları müğənniyə böyük populyarlıq qazandırır, onun nəinki Rusiyada, həmçinin ölkənin hüdudlarından kənarda tanınmasına və sevilməsinə səbəb olur.

Bəstələdiyi və ifa etdiyi bir-birindən gözəl mahnılarla Rusiya şou-biznesinin gündəmində qalmağı bacaran, həmişə arzu edilən sənətçi olan S.Mixaylov Azərbaycanda da çox sevilir.

Xüsusilə qadınların sevimlisi olan bəstəkar-müğənni Stas Mixaylov 2009-cu ildə Şanson radiosunun keçirdiyi müsabiqədə “İlin artisti” tituluna layiq görülür. “Между небом и землей” mahnısına görə 2009-cu ildə “Qızıl qrammafon” Milli makafatını qazanır. 2010-cu ilin dekabrında isə Rusiyanın Əməkdar artisti fəxri adına layiq görülür. “Rusiya estradasının Don Kixotu” adlandırılan Stas Mixaylov görünüşü, geyim üslubu ilə də həmişə diqqət mərkəzindədir.

Rusiyada, eləcə də dünyanın müxtəlif ölkələrinin konsert zallarında ən çox tamaşaçı toplayan müğənnilərdən olan Stas Mixaylov may ayının 2-də və 4-də “Joker” adlı yeni solo-konsert proqramı ilə Azərbaycan tamaşaçılarının görüşünə gələcək.

Konsert proqramında Stas Mixaylovun məşhur xitləri ilə yanaşı, yeni mahnıları da yer alacaq. Hər bir mahnını yüksək keyfiyyətli, ustalıqla hazırlanmış animasiya filmləri və videoçarxlar müşayiət edəcək.

Müasir işıq və səs texnikası ilə təchiz olunmuş, yüksək peşəkarlıq qabiliyyətinə malik musiqiçilərin və bek-vokalın müşayiəti ilə keçəcək təkrarsız konsert proqramı tamaşaçıları səhnədə baş verənlərə biganə qalmağa qoymayacaq.

Heç şübhəsiz, Stas Mixaylovun Heydər Əliyev Sarayında keçiriləcək “Joker” adlı solo konserti Azərbaycanın musiqi və şou-biznes həyatında əsl hadisəyə çevriləcək. Biletlər 30 AZN-dən başlayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm