Tabloid.az
Afrikalı qadının “Namus gündəlikləri" - Video
“Namusa ləkə”, bu termin adətən ailə və ya icmanı rüsvay edən
qadınlara şamil olunur. Dünya boyu minlərlə qadın və qız hücum,
zorakılıq və ölümlə üzləşir. Bütün bunların “namus”a görə edildiyi
deyilir. Publika.Az xəbər veri ki, “Namus gündəlikləri” adlı yeni
sənədli filmdə müsəlman dünyasından olan 9 qadının bu geniş
yayılmış problemlə mübarizəsindən söz açılır.
Qız uşağının cinsi orqanı həddi-buluğa çatmamış kəsilir. Bəzi
yeniyetmə qızların bakirəliyini saxlamaları üçün bu orqan tamamilə
çıxarılır.
Yaha Dokureh onun cinsi orqanının doğulandan bir həftə sonra
kəsildiyini deyir.
Cinsi orqanı körpəliyində kəsilən və uşaq ikən ərə verilən Yaha
Dokureh qambiyalı müsəlmandır. Yaha başına gələnlərin İslamla
əlaqəsi olmadığına inanır. Buna baxmayaraq qız uşaqlarının cinsi
orqanlarının kəsilməsi ənənəsi Afrikanın bəzi müsəlman dövlətləri,
Yaxın Şərq və Asiya olmaqla, 20-dən çox ölkədə yayılıb. Belə bir
əməliyyatın hətta Birləşmiş Ştatlardakı bəzi mühacirlər tərəfindən
də edildiyi deyilir.
“Adətən mühacirlər mühacir özləri ilə adət və ənənələrini,
mədəniyyətlərini gətirirlər. Beləliklə onlar qızları üzərində bu
ritualı həyata keçirirlər.” - deyə, Y. Dokureh bildirir.
İnsanların nələr baş verdiyindən xəbərləri yoxdur, çünki bu haqda
heç kim danışmır. Mənin fikrimcə biz bu vəziyyətdə olan qızlara
yardım üçün Birləşmiş Ştatları, insanları və hökumətləri cəlb
etməyə nail olmalıyıq. Yaha Dokurehin əleyhinə çıxdığı “namus”
adına hüquq pozuntuları bu günlərdə ekranlara çıxan “Namus
Gündəlikləri” sənədli filminin süjet xəttini təşkil edir.
“Namus Gündəlikləri” filminin rejissoru Pola Kveskin: “Bu məsələ
uzun zamandır gizli saxlanılır və saxlanmaqda da davam edir. Təkcə
Birləşmiş Ştatlarda deyil, dünyanın bir sıra ölkələrində qadına
qarşı zorakılıqdan danışanda bunun mədəniyyət və dinlə bağlı olduğu
düşünülərək, məsələnin üstündən keçilir və siyasi baxımdan
qeyri-korrekt addım atılmasından ehtiyat edilir.”
“Mənim bacım evlilik həyatında bədbəxt olduğunu deyəndə, mən ona
yanıma gəl dedim. O isə cavabında, namus məsələsi var gələ bilmərəm
dedi.O, ərindən boşanmaqla ailəsinə ləkə gəlməsini istəmədi. Sonda
bacım özünü yandıraraq öldürdü. Rubina öldü.”
Bu sənədli film 30 qadın haqları müdafiəçisinin yardımı ilə
çəkilib. Filmin rejissoru Pola Kveskin bu filmin təkcə film deyil,
həm də bütün dünyadakı insanları cəlb edəcək bir hərəkat olduğunu
deyir.
"Ailəsinə ləkə gətirdiyinə görə əri onun burnunu, qulaqlarını
kəsdi.Muzamal Həsən arvadı boşanmaq üçün ərizə yazdıqdan sonra onun
başını kəsdi.Nur Əlmaliki çox “Qərbləşdiyi” üçün atası onu maşınla
vurdu."
Bu qətllərə “namus qətlləri” kimi baxılır.Rejissorlar bu sənədli
filmin daha çox insanı danışdırmağa vadar edəcəyinə və qadın
zorakılığına qarşı ilk addımların atılacağına ümid edirlər.
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO