Beren Saat Türkiyəni niyə tərk edir?
Bizi izləyin

Tabloid.az

Beren Saat Türkiyəni niyə tərk edir?

"Aşk-ı Məmnu" və "Fatmagülün suçu nə?" kimi seriallarla böyük tamaşaçı kütləsi qazanan məşhur aktrisa Beren saat bir müddət ekranlarda olmayacağını açıqlayıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa çox yorulduğunu və bir il istirahət edəcəyini bildirib. Sevgilisi Kənan Doğulu ilə Los Ancelesdə yaşamağa qərar verən Beren Amerikada həm istirahət edəcək, həm də təhsil alacaq.

Aktrisa ekranlara 2015-ci ilin sentyabrında qayıdacaq. O gələn bütün serial təkliflərini geri çevirir və 2015-ci ilə kimi yalnız film təkliflərini dəyərləndirəcəyini bildirir.

Aysel

Oxumağa davam et
Reklam
Reklam

Gündəm