Tabloid.az
“Axır ki...” bizimkilər ora getdi
Aprel ayının 6-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiya Federasiyasının HəştərxanVvilayəti və Kalmıkiya Respublikasına qastrol səfərinə yola düşəcək. Teatrın direktoru Mübariz Həmidovun rəhbərliyi ilə 25 nəfərlik nümayəndə heyəti səfər çərçivəsində P.Turrininin “Axır ki...”, Y.Şvartsın “Qırmızı papaq” və R.Ağayevin “Bir gecənin nağılı” tamaşaları ilə çıxış edəcək.
Aprel ayının 8 – 9 tarixlərində Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrında start götürəcək qastrol səfəri, aprel ayının 11, 12 və 13-də Kalmıkiya Respublikasının Elista şəhərində yerləşən B.Basanqov adına Milli Dram Teatrında davam edəcək.
3 teatr direktorları arasında imzalanmış yaradılıcıq müqaviləsinə əsasən həyata keçiriləcək qastrol səfəri aprel ayının 15-də yekunlaşacaq.
Məlumat üçün bildirək ki, “Azərbaycan teatrının inkişaf etdirilməsi haqqında” ölkə başçımızın təsdiq etdiyi “Azərbaycan Teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına, Azərbaycan və Rusiya Federasiyası Həştərxan vilayəti Mədəniyyət Nazirlikləri arasında imzalanmış mədəni əməkdaşlığa dair sazişə əsasən ötən ilin sentyabr-oktyabr aylarında Dövlət Gənc Tamaşaçılar Teatrı Həştərxan vilayəti və Kalmıkiya Respublikasının Elista şəhərində qastrol səfərində uğurla çıxış etmiş, daha sonra noyabr ayında isə Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrı Bakıda səfərdə olmuş və teatrımızın səhnəsində çıxış edib.
Sözügedən müqaviləyə əsasən 2012-c ilin mart ayında isə Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrı ölkəmizin qonağı olmuş və 2 müxtəlif tamaşa ilə teatrımızın səhnəsində çıxış edib.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı səfərdən sonra bu ilin may ayında Kalmık Milli Dram Teatrını qəbul edəcəkdir. Qonaqlar may ayında 4 gün müddətində 2 müxtəlif tamaşa ilə Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində çıxış edəcək.
Məlumat üçün bildirək ki, qastrol səfərləri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşacaq.
Cəvahir Səlimqızı
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər