"Aygün Kazımovanın telefon nömrəsi 050 211..." - AÇIQLAMA
Bizi izləyin

Tabloid.az

"Aygün Kazımovanın telefon nömrəsi 050 211..." - AÇIQLAMA

"Pərdə" verilişinə danışan sənətçi xeyli vaxtdır ki, telefonunu bağlı saxladığını deyib:

Bir müddət öncə efirdə telefon nömrəsini açıqlayan müğənni Elton Hüseynəliyev şikayətlənib.

Publika.az Axşam.az-a istinadən xəbər verir ki, "Pərdə" verilişinə danışan sənətçi xeyli vaxtdır ki, telefonunu bağlı saxladığını deyib:

“O qədər zəng gəldi ki... Hələ indiyədək bu qədər zəng, mesaj olmamışdı. Əslində insanlar müğənninin telefon nömrəsini bilməlidir. Toy və başqa dəvətlər üçün bu lazımdır. Əks halda elə başa düşürlər ki, artıq fəaliyyətimi dayandırmışam".

Eltonun sözlərinə görə, hər ay bir məşhurun telefon nömrəsini açıqlayacaq:

"İndi isə Teymur Əmrahın nömrəsini deyirəm. Öncədən xəbərdarlıq edim ki, o, dəqiq insandır. Əgər həqiqətən sözünüz varsa, yığın: (055) 221....".

Müxbirin “Bəlkə, Aygün Kazımova ilə Faiq Ağayevin nömrəsini də deyəsiniz” sualına isə Elton belə cavab verib:
“Bunu açıqlasam, Aygün Kazımova məni öldürər. Amma onu deyim ki, nömrəsi 050 211-lə başlayır. Faiq Ağayevə gəldikdə isə... Bu insanlar çox məşhurdur, söyləyə bilmərəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm