"10 milyonluq evini satmasa, onunla evlənməyəcəm"
Bizi izləyin

Tabloid.az

"10 milyonluq evini satmasa, onunla evlənməyəcəm"

Hamilə olan Hollivud aktrisası Mila Kunis sevgilisi Eşton Katçeri evini satmağa məcbur edib.

Əks halda o, Eştonla ailə qurmayacağını deyib.

Mila bildirib ki, körpəsini belə evdə böyütmək istəmir və gənc ailə üçün daha uyğun ev alınmalıdır. Eşton Katçeri dəli kimi sevdiyini söyləyən Mila yeganə razılaşmadıqları mövzunun ev olduğunu vurğulayıb. Villanın dünyanın ən möhtəşəm yaşayış yeri olduğunu deyən Kunis nədənsə orada yaşamaq istəmədiyini qeyd edib. O, uşağa uyğun ev tapılmazsa, toya razılaşmayacağını da gizlətməyib.


Qeyd edək ki, Eşton Katçerin təmtəraqlı evinin dəyəri 10 milyon dollardan artıqdır. Mülkün içərisində trenajor zalı, böyük hovuz və s. var.


Xatırladaq ki, cütlük fevralın sonunda nişanlanıb. /axşam.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm