Tabloid.az
Nadir Qafarzadə: "Sözümün ağasıyam" - Foto, Video
“Bəziləri deyir ki, guya mən qalmaqal tərəfdarıyam. Əsla belə deyil. Mənim qalmaqal etməyə, kiminsə bostanına daş atmağa vaxtım yoxdur. Sadəcə, düz söz acı olur. Düz sözü dediyimə görə, bəzi insanlar tərəfindən tənqid olunuram. Bu isə məni qətiyyən narahat etmir. Öz işimi bilən insanam”.
Bu sözləri müğənni Nadir Qafarzadə deyib. Müğənni son günlər adının mediada müzakirə olunmasına isə bu cür şərh verib:
“Sözümün ağasıyam. Bəzən məni özüm də bilmədən qalmaqala salırlar. Bəzən isə ətrafımda baş verən haqsızlıqlara özüm göz yuma bilmirəm. Sözümü bəzən efirdə, bəzən isə sosial şəbəkədəki səhifəmdə bölüşürəm. Nəticədə isə istəmədən qalmaqalın tam mərkəzində oluram. Düşünməyin ki, mən bunu qalmaqal və ya nə üçünsə edirəm. Hamı bilir ki, mən bu sənətə qalmaqalla gəlməmişəm. Əziyyət çəkə-çəkə öz yerimi tutmuşam. Kiminsə sayəsində Nadir Qafarzadə olmamışam. Daim mahnılarımla sözümü demişəm. Hətta ifa etdiyim mahnılar da müzakirə mövzusu olub. Bir ifaçı üçün bundan böyük fəxr, uğur ola bilməz”.
N.Qafarzadə daha sonra yaradıcılıq işindən söz açıb:
“Yaradıcılığımda yeniliklərim çoxdur. Təxminən 10-a yaxın yeni mahnı yazdırmışam. Bunlar arasında görkəmli bəstəkarların əsərləri, estrada mahnıları və əski türk bəstələri yer alıb. Bu gün isə Türkiyənin bir çox tanınmış müğənnilərinin ifa etdiyi “Sevda” mahnımı dinləyicilərin ixtiyarına verirəm. Bu mahnını xeyli müddət idi ki, lentə aldırmaq istəyirdim. Lakin müəyyən səbəblərdən yubanırdı. Bəstə artıq hazırdır. Məncə, yaxşı bir mahnı ərsəyə gəlib”.
Zəminə
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR