Rəqsanəni təcili Bakıya gətirən səbəb...
Bizi izləyin

Tabloid.az

Rəqsanəni təcili Bakıya gətirən səbəb...

Artıq xeyli vaxtdır ki, Moskvada yaşayan müğənni Rəqsanə İsmayılova gecə saatlarında Bakıya gəlib.

Artıq xeyli vaxtdır ki, Moskvada yaşayan müğənni Rəqsanə İsmayılova gecə saatlarında Bakıya gəlib.


Paytaxtda bir neçə saatlıq işi olan sənətçi bu gün günorta yenidən Moskvaya qayıdıb. Rəqsanə bu təcili səfərinin ad günü ilə bağlı olduğunu bildirib:

“Mayın 25-də ad günümdür. Bu münasibətlə ciddi hazırlıqlara başlamışam. Dünən Bakıya təcili gəlişimin səbəbi də bu idi. Bir neçə saata işlərimi yoluna qoyub Moskvaya qayıtdım. Ad günümdə bir çox sürprizlər olacaq. Onları indidən açıqlamaq istəmirəm”.

Rəqsanə məşhur bir türk müğənnisi ilə duet oxuyacağını, onu ad gününə dəvət edəcəyini də bildirib:

“Türkiyədə çəkilən yeni klipim və duetim ad günümdə tamaşaçıların ixtiyarına veriləcək. Hətta duet oxuyacağım tanınmış müğənnini də ad günümə gətirəcəm. Onun adını hələlik açıqlamaq istəmirəm”.

Qeyd edək ki, Rəqsanə İnstaqram səhifəsində Selami Şahinlə duet oxuyacağını yazmışdı.

Hamilə olduğu ilə bağlı verilən suallara isə sənətçi "Hamısı yalan, boş söhbətlərdir. Paylaşdığım hamilə qadın fotolarından sonra insanlar belə bir yanlış nəticə çıxarıblar. Hamilə deyiləm” deyə cavab verib. /Axsam.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm