Tabloid.az
İlhamə Məleykəyə deyəcəyini dedi
Son vaxtlar KİV–də müğənnilər, aktrisalar özlərini kraliça adlandırıb.
Onlar internet portallarına açıqlamasında özlərinin bu titula layiq görülməsini mədəniyyətimizə verdikləri töhvələrlə əlaqələndiriblər. Hətta ATV kanalında xalq artisti Məleykə Əsədovaya həsr olunan "səhnəmizin kraliçası” adlı film çəkilib.
Teleqraf.com xəbər verir ki, Xeberdar.az saytı məsələ ilə bağlı Dağıstan və Azərbaycanın Xalq artisti, Türk dünyasının sənət kraliçası İlhamə Quliyevanın mövqeyini öyrənib. İlhamə Quliyeva açıqlamasında özlərinə belə ad verən adamların gülünc doğurduğunu bildirib.
“Mən belə şeylərə gülürəm və dincəlirəm. Primadonna, Kraliça adları mənim adımla bağlıdır. Səkkiz tacım var, onların hamısını zəhmətlə, layiqli yerlərdən almışam. Azərbaycan mədəniyyətinin bir kraliçası var, o da mənəm...Bəzi müğənnilər, aktrisalar özlərini kraliça adlandırır. Əzizlərim halva-halva deməklə, ağız şirin olmur. Teatr sənətimizdə kraliçalar olub. Hökümə Qurbanova, Nəsibə Zeynalova. Bu gün də teatrda kraliça Bəsti Cəfərovadı. Bu adı özünə qoyan bilir ki, mənim sözlərim onadı.
Hər kəs öz yerini bilməlidi. Siz bilirsiz ki, mən kimnən danışıram. Özlərinə film çəkdirib, adlarını səhnəmizin kraliçası qoyublar. Ayıbdır...
Bunlar necə utanmırlar özlərinə belə ad qoyurlar? Bir daha deyirəm, primadonna, kraliça adları mənə məxsusdur. Bu adları Amerikada və Türkiyədə rəsmi almışam”.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu