Mübariz Tağıyev ANS-dən danışdı: “Şokdayam”
Bizi izləyin

Tabloid.az

Mübariz Tağıyev ANS-dən danışdı: “Şokdayam”

Mübariz Tağiyev: “Şokdayam”Xalq artistlərindən ANS-ə sərt reaksiya

ANS ÇM- radiosunda hər şənbə erməni mahnıları səsləndirilməsi haqda yayılan xəbərlər sənətkarları qəzəbləndirib.

Publika.az-a açıqlama verən xalq artisti Mübariz Tağıyev xəbərdən şok olduğun dedi: “Mən şokdayam, necə yəni ANS radiosu erməni mahnılarını səsləndirir, bu biabırçılıqdır. Müharibə şəraitində yaşayan bir ölkənin radiosunda erməni mahnıları səsləndirmək-buna nə ad qoymaq olar, mən bilmirəm. Torpaqlarımız işğal altındadır, şəhidlərimizin qanı qurumayıb, biz də burda ermənilərin şərəfinə mahnılarını səsləndiririrk. Ağlasığmaz bir məsələdir. Mən bir dəfə sükan arxasında idim, kanalların birinin radiosunda erməni mahnısı eşitdim. Oranjeman etdirib duet oxuyurdular. Dərhal zəng edib iradımı bildirdim və mahnını həmin radiodan yığışdırdılar. Bu biabırçılıqdır e, bizə yaraşan hərəkət deyil”.

Xalq artisti Nəzakət Teymurova da bunu utanc gətirən hadisə kimi qiymətləndirdi: “Yaramız sağalmayıb, ürəyimiz qan ağlayır, bizə yaraşmaz erməni mahnılarını səsləndirək. Damarında azərbaycanlı qanı axan insanlar buna yol verməz. Ayıbdır”.

Xalq artisti Nazpəri Dostəliyeva buna inanmadığını söylədi: “Hər zaman qərəzsiz. Dəqiq, obyektiv xəbərləri ilə tanınan ANS və onun radiosunun erməni mahnıları səsləndirməsinə inanmıram. Bu qətiyyən inandırıcı deyil. Çünki onlar hər xəbərin əvvəlində ermənilərin Azərbaycana hücumunu xatırladır”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm