Aygünlə Namiq illər sonra belə görüşdü - VİDEO
Bizi izləyin

Tabloid.az

Aygünlə Namiq illər sonra belə görüşdü - VİDEO

Xəbər verdiyimiz kimi, xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu illər sonra kameraların qarşısına keçiblər.

Xəbər verdiyimiz kimi, xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu illər sonra kameraların qarşısına keçiblər.

Namiq konsertlərdən birinin səhnə arxasında “Onlar” verilişinə müsahibə verərkən içəri A.Kazımova daxil olur. Bir anlıq tərəddüddən sonra meyxanaçı xalq artistinə yaxınlaşaraq görüşür. Müğənninin Namiqə ilk sualı “Toyun nə vaxtdır” olur. O isə “İnşallah, xəbər edəcəyəm” cavabını verir.

N.Qaraçuxurlu açıqlamasında deyib ki, Aygünlə aralarında heç bir küsülülük yoxdur:

“Münasibətimiz çox gözəldir. Aygün xanımın ad günündə iştirak etmədim. Çünki bildiyimə görə, tədbirdə mənə uyğun obraz tapılmayıb. Bu, hər kəsin şəxsi işidir. Aygün xanım istəsə dəvət edə bilər, istəməsə yox. Bizim münasibətlərimizi düşmənçiliyə yozurlar. Halbuki, dostluğumuz davam edir. Kameralar burda olmasaydı, dərhal Aygün xanımla görüşəcəkdim. Sadəcə ajiotaj yaranmasını istəmirdim. Mən onun uğurlarına sevinirəm və hər zaman izləyirəm”.

Xalq artisti isə öz növbəsində meyxanaçının sözlərini təsdiqləyib:

“Bir-birimizə qarşı küsülülük, düşmən münasibətləri yoxdur. Ən azından birlikdə nəhəng 7 ili arxada qoymuşuq, səhnədə külüng döymüşük”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm