Jurnalist aktrisanın ətəyinə hücum çəkdi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Jurnalist aktrisanın ətəyinə hücum çəkdi - FOTOLAR

“Qırmızı xalı həşəratı” adını almış jurnalist Vitaliy Sedyuk yenidən məşhurlara hücum çəkdi.

Ukraynalı jurnalist bir dəfə qırmızı xalıda Uil Smiti öpməyə cəhd etdiyi üçün aktyor tərəfindən döyülüb. Hollivud ulduzu Bredli Kuperin premyerasında aktyorun qurşağını qucaqlayıb, müğənni Adelin mükafatalma mərasimində isə səhnəyə özbaşına çıxıb. Aktyor Leonardo di Kaprionun da qurşağını qucaqlayan jurnalist aktyor tərəfindən gülüşlə qarşılanıb.

Bu dəfə isə jurnalist “Əjdahanı necə təlim etmək 2” animasiya filminin premyerasında qırmızı xalıda kollektiv şəkil çəkdirən aktrisa Amerika Ferreranın ağ həcmli libasının altına hücum çəkib.

Təhlükəsizlik əməkdaşlarının səyi nəticəsində qırmızı xalıdan uzaqlaşdırılan jurnalistin təmtəraqlı gecəyə hansı yolla daxil olması məlum deyil.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm