Məşhur müğənnini silahla vurdular
Bizi izləyin

Tabloid.az

Məşhur müğənnini silahla vurdular

Məşhur müğənnini silahla vurdular

Məşhur türk müğənnisi Doğuş efirdə göz yaşlarını boğa bilməyib.

Publika.az-ın məlumatına görə, müğənni ATV-nin “Səni axtarıram” verilişində həyat hekayəsini danışaraq ağlayıb.

Uşaqkən valideynlərinin ayrıldığını deyən Doğuş səfil həyat yaşadığını, hətta oğurluq belə etdiyini gizlətməyib: “Balaca idim, küçə həyatı yaşayırdım. Yeddi yaşımda ikən mağazadan şərab oğurladım. Daha sonra belə oğurluqlarım çox oldu. Bir gün polisə yaxalandım. Onun əlindən çıxıb qaçanda məni silahla vurdu, qolundan yaraladı. Amma mən qaçıb gizləndim. Allaha yalvardım və söz verdim ki, polis məni tutmasa, bu işə son verəcəyəm. Belə də oldu. Polis gizləndiyim yerdə məni tapa bilmədi. O gündən Allaha verdiyim sözü tutdum. Zəhmət çəkib öz zəhmətim hesabına yaşadım”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm