İlhamə: "Natəvan tərbiyəsiz və mədəniyyətsizdir"
Bizi izləyin

Tabloid.az

İlhamə: "Natəvan tərbiyəsiz və mədəniyyətsizdir"

İlhamə Quliyevanın prodüseri: "Natəvan tərbiyəsiz və mədəniyyətsizdir"

“Hər bir müsəlman üçün salam müqəddəsdir. Çünki salam Allahın adıdır. Amma vurğulayıram: hər bir müsəlman üçün... Odur ki, biz Natəvan Həbibidən incimirik. Çünki tərbiyəsi, mədəniyyəti, kübarlığı olan bir insan səhv edəndə ondan küsər, düz yol göstərər və bağışlayarlar. O şəxsin qabında bunların heç biri yoxdursa, ondan nə küsürük, nə də inciyirik”.

Bunu Publika.az-a Xalq artisti İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərov deyib: “Böyük sənətkar İlhamə xanımın kölgəsində oturub özünü sənətçi hesab edən Natəvan Həbibinin başı çox tez gicəlləndi. Görünür, İlhamə xanımın hələ də öz yerini sənət aləmində tapa bilməyən gənc müğənniyə göstərdiyi mərhəməti onu tez çaşdırdı. Və bir vaxtlar İlhamə xanım jest edərək şahzadə adlandırdığı Natəvan, nəinki bu statusunu qoruya bilmədi, hətta bu statusa yaraşmayan hərəkətlər etdi. Və onun ATV kanalının məşhur “Onlar” verilişinə verdiyi müsahibə isə Natəvan Həbibinin yaddaşında problemlər olduğunu aşkara çıxardı. Yəqin ki, bu da onun çox maraqsız və uğursuz keçən konsertindən sonra yaşadığı stressin nəticəsidir. Bu stress Natəvan Həbibiyə çox şeyi unutdura bilər, amma xalqın gözü tərəzidir. Fəxrlə “mən şahzadəyəm” deyən Natavan Həbibi onun üçün çox böyük şərəf olan bu statusu daşımır. İlhamə xanım onu bu statusdan məhrum etdi. Çünki İlhamə xanımın sənət aləmində parlamaq istəyən, lakin heç bir vəchlə buna müvəffəq ola bilməyən Natəvan Həbibiyə göstərdiyi diqqət, ona arxa-dayaq olması özünü doğrultmadı. Bu gün Natəvan Həbibi sənət aləmində təkdir, elə həyatda olduğu kimi. Hesab edirik ki, Natəvanın şəxsi arxivi araşdırılsa, bu, tamaşaçılar üçün onun sənətindən daha maraqlı ola bilər. Çünki fikrimizcə, bu arxivdə təəccübləndirəcək çox şeylər var...”

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm