“Anadolu Ateşi” Bakını silkələdi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Anadolu Ateşi” Bakını silkələdi - FOTOLAR

Türkiyənin rəqs sultanları 90 nəfərlik “Anadolu Ateşi” paytaxt Bakının qonağı oldu.

Türkiyənin rəqs sultanları 90 nəfərlik “Anadolu Ateşi” paytaxt Bakının qonağı oldu.

Rəqs qrupu Heydər Əliyev Sarayında “The Best of Anadolu Ateşi” adlı proqramı ilə çıxış etdi.

Azərbaycanda dəfələrlə səhnə alan qrup Azərbaycan bu dəfə də öz tamaşaçısı üçün yüksək performansı ilə çıxış etdi.

1999-cu ildə Mustafa Erdoğanın başçılığı ilə yaranan “Anadolu Ateşi”nin ilk adı “Rəqsin Sultanları” olub. Qrupun yaradılmasında məqsəd Şərqlə Qərbin mədəniyyətlərinin birləşməsi və sülh idi. 90 nəfər gənc rəqqasla fəaliyyətə başlayan qrup 2002-ci ildən dünya turuna başlayıb və 93 ölkədə 3850 şou göstərib, 35 milyondan çox sənətsevər tərəfindən izlənilib.

“Anadolu Ateşi” 2001-ci ildən bu günə kimi İsrail, Almaniya, Çin, Hollandiya, Ukrayna Belçika, İsveçrə, Yaponiya, Avstriya, Qatar, Liviya, Rusiya, Azərbaycan, Sibir, Rumıniya, Saray Bosniya, Dubay, Yeni Zelandiya, İtaliya, Slovakiya, Belarusiya, İngiltərə, Gürcüstan, Suriya, Sloveniya, Malaziya, Bəhreyn, Yunanıstan, İspaniya və.s ölkələrdə səhnə alıb, Anadolu mədəniyyətini dünyaya tanıdıb.

Qrup iyunun 7-8-də Heydər Əliyev adına Sarayda konsertini davam etdirəcək. /Teleqraf/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm