• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Məleykə Əsədova: ”O adamla nişanlanmaq istəyirdim, amma ...” - ÖZƏL

Məleykə Əsədova: ”O adamla nişanlanmaq istəyirdim, amma ...” -    ÖZƏL

Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədova haqqında yayılan məlumatlara Publika.az vasitəsilə aydınlıq gətirib.

Aktrisanın cavabı belə olub: “Həqiqətən də, üç il bundan əvvəl fanatım olan bir insanla nişanlanmaq qərarına gəlmişdim. O, mənim iki il idi ki fanatım idi, onu mömin, dindar, içkidən uzaq ağıllı bir insan kimi tanıyırdım. Daha doğrusu, o, özünü belə tanıtmışdı. Sonralar hiss elədim ki, məni sevirmiş. Mənə bir neçə dəfə elçi göndərdi. Mən Allaha bağlı olan, Allahını tanıyan bir insan olduğum üçün qərara gəldim ki, onunla nişanlanım. Amma sonradan onu yaxından tanımağa çalışdım, gördüm ki, mənə uyğun insan deyil. Buna görə də ondan uzaqlaşdım”.

Xalq artisti onu da bildirdi ki, üç ildir həmin adımı görmür. O ki qaldı soyğunçuluğa, Məleykə xanım bildirdi ki, bütün bunlar yalandır: “Məni aldadan və mənə qarşı soyğunçuluq hərəkətləri edən olmayıb. Nə də heç kimi polisə verməmişəm. Qaldı ki, Masareti markalı maşınıma, o maşın indi yoxdur”.

Xalq artistinin sözlərinə görə, belə bir məlumatların yayılmasında məqsədli olan insanlar var, onu gözdən salmağa çalışırlar: “Ağlım başımda olan bir insanam. Bu söhbətləri yayan insanlar mənə xələl gətirmək istəyirlər, amma xələl gətirə bilməyəcəklər. Başımı aşağı salıb öz sənətimlə, uşağımın tərbiyəsi ilə məşğulam”.

Qeyd edək ki, xalq artisti ilə bağlı mətbuatda məlumat yayılıb. Həmin məlumata görə, vaxtilə nişanlısı olmuş bir şəxs tərəfindən aktrisanın aldadıldığı, ona külli miqdarda pul atıldığı bildirilir.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR