Bollyvudun ən gözəl qadın aktrisaları haqqında
Bizi izləyin

Tabloid.az

Bollyvudun ən gözəl qadın aktrisaları haqqında

Aktrisa, produserdir. 16 avqust 1970-ci ildə Katmandu (Nepal) şəhərində anadan olmuşdur. Bir qardaşı var. Ailəlidir. /Qadin.net/

Bipaşha Basu

7 yanvar 1979-cu ildə Dehli şəhərində anadan olmuşdur. Bipaşha hind, ingilis, benqal dillərində sərbəst danışır. Bipaşhanın iki bacısı var. Uşaqlıqda dərisinin qara rənginə görə onu "çirkin" deyə çağırıblar. Məktəbdə oxuyanda basketbol oynamağı sevərmiş. Ən böyük arzusu həkim olmaq idi. 17 yaşında beynəlxalq model müsabiqəsində iştirak etmiş, üçüncü yerə çıxmışdır. Subaydır.

Priyanka Çopra

Dünya şöhrətli kinoaktrisa, müğənni və model. 2000-ci ildə “Dünya Gözəli” adına layiq görülmüşdür. 18 iyul 1982-ci ildə Cəmşidpur şəhərində ixtisasca həkim olan Aşok Çopra və Madhu Axaurinin ailəsində anadan olmuşdur. Uşaqlıqda astma xəstəliyindən əziyyət çəkib. Ailədə 2 uşaqdırlar. Özündən 7 yaş kiçik olan Siddharth adında bir qardaşı var. 13 yaşında Amerikaya köçür və orta məktəbi orada bitirir. Tam adı Priyanka Aşok Çopradır. Subaydır.

Suşmita Sen

19 noyabr 1975-ci ildə Heydərabadda anadan olmuşdur. 1994-cü ildə dünya gözəli seçilmişdir. Himayəyə iki qız götürüb. Subaydır.

Mahima Çaudxari

13 sentyabr 1973-cü ildə Kanadanın Kelouna şəhərində anadan olmuşdur. İnternat məktəbində təhsil almışdır. Əsl adı Rita Çaudxaridir. Kinoya çəkilməmişdən qabaq model işləmişdir. Ailəlidir, iki övladı var.

Priti Zinta

Aktrisa, yazıçı, prodüserdir. 31 yanvar 1975-ci ildə Simla şəhərində anadan olmuşdur. 13 yaşında atasını avtomobil qəzasında itirib. Əsl adı Pritam Sinqhdir. Priti Zinta Mumbay Universitetində "məhkəmə psixoloqu" dərəcəsinə layiq görülmüşdü. Subaydır.

Ayeşa Takia

10 aprel 1986-cı ildə Mumbay şəhərində anadan olmuşdur. İlk filmə 2004-cü ildə çəkilib. Bir bacısı var. Ayeşa Takia müqəddəs Antoni Cembur məktəbində təhsil alıb. Atası milliyyətcə qucaratlıdır. Anasının yarı tərəfi ingilis, yarı tərəfi marathalıdır. Ailəlidir.

Cuhi Çavla

Aktrisa və prodüserdir. Cuhi Çavla 13 noyabr 1967-ci ildə Pəncab ştatının Ludhiana şəhərində anadan olmuşdur. 1984-cü ildə Cuhi “Miss Hindistan” titulunu qazanır və daha sonra “Dünya gözəli” yarışmasına qatılır və ən yaxşı kostyuma görə mükafat alır. Ailəlidir, iki övladı var.

Amişa Patel

Amişa Patel 9 iyun 1976-cı ildə Mumbay şəhərində anadan olmuşdur. Valideynləri Amit və Aşa Pateldir. Ailədə 2 uşaqdırlar. Bir qardaşı var - Aşmit Patel. O, fərqlənmə diplomu ilə Boston Universitetini bitirib. Subaydır.

Amrita Rao

Əsl adı Amrita Dipak Raodur. 7 iyun 1981-ci ildə Chitrapurda anadan olmuşdur. Atasının adı Dipak Raodur. Sənətə model kimi gəlib. İlk filmə 2002-ci ildə çəkilib. Amrita Rao istedadlı aktrisadır. Həmçinin bir neçə il klassik hind musiqisi ilə də məşğul olub. Subaydır.

Manişa Koirala

Aktrisa, produserdir. 16 avqust 1970-ci ildə Katmandu (Nepal) şəhərində anadan olmuşdur. Bir qardaşı var. Ailəlidir. /Qadin.net/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm