• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Azərbaycanfilm” öz sözünü dedi - XƏBƏR - Video

“Azərbaycanfilm” öz sözünü dedi - XƏBƏR - Video

Azərbaycan filmi daha birA” kateqoriyalı festivalda iştirak edəcək.

“Azərbaycanfilm” Kanndan sonra adını Karlovı Varı Film Festivalının proqramına yazdırıb. “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Axınla Aşağı” bədii filmi 5-12 iyul tarixlərində dünyanın ən böyük kinoforumlarından olan, Karlovı Varı Beynəlxalq Film Festivalında iştirak edəcək. “Axınla aşağı” 12 film arasında yarışacaq.

Asif Rüstəmovun rejissoru oldugu “Axınla aşağı” bədii filmi festivalın “East of the West” müsabiqəsində, 12 film arasında yarışacaq. Filmin dünya premyerası da 10 iyulda festival çərçivəsində baş tutacaq.

“Axınla Aşağı” psixoloji ailə dramıdır. Filmin senari müəllifləri Asif Rüstəmov və Otar Pertaxiyadır. Quruluşçu rejissor Asif Rüstəmov, operator Ayxan Salar, bəstəkar Xəyyam Mirzəzadə, icraçı prodüser Nadir Əliyev, baş prodüseri isə Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andjevska və Teymur Məmmədov ifa edirlər.

Qeyd edək ki, 1956-cı ildən keçirilən Karlovı Vari Film Festivalı dünyanın “A” kateqoriyalı 12 festivaldan biridir. Məşhur kino ulduzlarının hər il iştirak etdiyi bu festivalda dünya kino sənayesində öz sözünü demiş məşhur rejissorlar, aktyorlar da iştirak edir. Bu ilki festivalın qonaqları arasında Andrey Zvyagintsev, Fanni Ardan, Laura Dern, Asia Arcento və başqaları da var. Amerikalı aktyor, rejissor Mel Gibson isə festivalın “İncəsənətə verdiyi tövhəyə görə” mükafatına layiq görüləcək.

Festivalın əsas mükafatı olan “Büllur Kürə” ən yaxşı bədii filmə verilir.

Qeyd edək ki, 2014 cü ildə “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan ikinci film dünyanın ən nüfuzlu kino festivalında iştirak edir. Mart ayında “Sonuncu” filmi Kann Festivalının qısametrajlı əsas proqramında iştirak etmişdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR