Bred Pitt Ancelinaya yaraşmaq üçün əməliyyat etdirdi
Bizi izləyin

Tabloid.az

Bred Pitt Ancelinaya yaraşmaq üçün əməliyyat etdirdi

Məşhur Hollivud aktyoru Bred Pittin doğum günündən öncə plastik əməliyyat etdirdiyi məlum olub.

“İn Touch” jurnalı hər zaman əməliyyata qarşı olduğunu dilə gətirən Pittin ötən ilin sonlarında bu addımla çıxış etdiyini və köhnə görünüşünə qovuşduğunu yazıb.

Bredin cərrahı bu haqda danışaraq onun botoks etdirdiyini deyib:

“Botoksla yanaşı, onun gözaltı torbalarını da əməliyyatla yox etmişik. Bundan başqa üzündə bir sıra dəyişikliklər aparılıb”.

Özündən 13 yaş kiçik Hollivud aktrisası Ancelina Coli ilə evli olan Bred Pittə yaxın bir mənbə də bu fikri təsdiqləyib:

“Bred özünə baxmağı sevən kişidir. Hər zaman görünüşünə diqqət yetirir. Nəzərə alsaq ki, özündən 13 yaş kiçik həyat yoldaşı və 6 uşağı var, bunu anlamaq olar”./Axşam.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm