Tabloid.az
Şəkidə V Beynəlxalq İpək Yolu Musiqi Festivalı başladı
Bu gün Şəkidə ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi olah Aşağı Karvansarayda V Beynəlxalq İpək Yolu Musiqi Festivalının təntənəli açılış mərasimi keçirilib. Publika.az-ın məlumatına görə, açılışdan sonra görkəmli bəstəkar və dirijor Niyazinin eyniadlı simfonik muğamı əsasında səhnələşdirilmiş "Rast" baleti nümayiş etdirilib.
Balet janrı tarixində ilk dəfə olaraq, buradakı rəqsləri muğam üçlüyünün ifasında səslənən ulu muğamla simfonik musiqinin üzvi vəhdətindən yaranmış qeyri-adi səs palitrası müşayət edir.
Niyazinin ecazkar musiqisi, orijinal xoreoqrafik quruluş, parlaq səhnə tərtibatı bu tamaşanı Azərbaycanın mədəni həyatında yaddaqalan hadisələrdən birinə çevirib.
Əsərin quruluşçu baletmeysteri - Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva, quruluşçu rəssamı - Xalq rəssamı, Dövlət mükafatı laureatı Rafis İsmayılovdur.
Tomris rolunda Xalq artisti, "Qızıl Dərviş" və "Zirvə" mükafatları laureatı Kamilla Hüseynova, Şah rolunda Anar Mikayılov, Banu rolunda Əməkdar artist Yelena Skomoroşenko, Atr rolunda Xalq artisti Gülağası Mirzəyev çıxış ediblər.
Cəvahir Səlimqızı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR