
Dövlət Musiqili Teatrı 114-cü mövsümünü iyulun 5-də “Ər və arvad” tamaşası ilə başa vuracaq.
Publika.az-ın məlumatına görə, bağlanışın məhz bu tamaşa ilə olması xüsusilə əlamətdardır. Belə ki, milli opera janrının yaradıcısı, dahi bəstəkar Üzeyir Hacıbəylinin 1909-cu ildə yazdığı üçpərdəli “Ər və arvad” musiqili komediyası ilə Azərbaycan Dövlət Musiqili Teatrının əsası qoyulub. Odur ki, bir ənənə olaraq hər il yeni mövsüm sentyabr ayının 18-də - Milli Musiqi Günü bu tamaşa ilə açılır və iyul ayında da bu tamaşa ilə başa çatır.
Cəvahir Səlimqızı