Burada soyunmaq puldur – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Burada soyunmaq puldur – FOTOLAR

Erotik səhnələr Hollivud aktyorları üçün yenilik deyil. Hətta “Oskar” kimi nüfuzlu mükafatı qazanan aktyorlar belə erotik səhnələrə çəkilməyi əskiklik hesab etmir.

Bəzən isə rejissorlar belə səhnələr çəkmək üçün dublyorlardan və montaj hiylələrindən istifadə edir.

1937.az sizə kamera qarşısında soyunmaqdan çəkinməyən və dublyor köməyinə ehtiyac duymayan aktyorlardan danışacaq. Beləliklə, kinematoqrafiya tarixinin yaddaqalan on erotik səhnəsi:

1. “Ricmont kollecindəki sürətli dəyişikliklər” filmi. Fibi Keyts

80-ci illərin cazibədar aktrisalarından biri Fibi Keytsin iştirakı ilə çəkilən hovuz səhnəsi çoxdan tarixə düşüb. Yeniyetmələr bu filmə təkrar-təkrar baxmaqdan bezməyib.

Fibinin qəhrəmanı hovuzdan çıxır, soyunur və Bredi öpür. Bütün bunlar yuxu olsa da, aktrisa 80-ci illər gəncliyi üçün əsl kumir idi.

2. “Titanik”. Keyt Uinslet

Bütün zamanların ən çox gəlir gətirən filmlərindən biri olan “Titanik” həm də Uinsletin yarıçılpaq səhnəsi ilə məşhurdur. Məsum Rouz Cek (Leonardo Dikaprio) üçün soyunur və Cek onun portretini çəkir. Məhz bu səhnə “Titanik”i kinematoqrafiyanın ən gəlirli və baxımlı filmlərindən birinə çevirib.

3. “Utanc”. Maykl Fassbender

“Şərəfsiz mərəzlər” və “İks adamlar” filmlərindən sonra məşhurlaşan Maykl Fassbender 2011-ci ildə ekranlara çıxan “Utanc” filmiylə əsl qalmaqal yaradıb. “Utanc” öz seksual istəklərini gizlətməyə çalışan insandan bəhs edir. Filmdə bir neçə kadrda Fassbender tamamilə çılpaqdır.

4. “Sevir, sevmir”. Sara Silverman

Komediya aktrisası Sara Silverman o qədər də məşhur sima deyil. Ancaq 2011-ci illərdə ekranlara çıxan “Sevir, sevmir” filmindəki trenajor səhnəsində soyunan aktrisa kifayət qədər populyarlaşıb. İndi Sara “Seks ustası” teleserialında əsas rollardan birini canlandırır.

5. “Həyatı alaraq”. Ancelina Coli

Kinoya gəldiyi andan Ancelina dəfələrlə kamera qarşısında soyunub. Ancaq aktrisanın “Həyatı alaraq” filmindəki erotik səhnələri onu daha da populyarlaşdırıb. Coli Antonio Banderasla çəkildiyi “Cazibə” filmində də kifayət qədər cəsarətli kadrlarla yadda qalıb.

6. “Şərq vədləri”. Viqqo Mortensen

Rus banditini canlandıran Viqqo Mortensen sağ qalmaq üçün mübarizə aparır, rəqiblərindən qorunmaq üçün əlindən gələni edir. Belə səhnələrin birində o, kamera qarşısına tamamilə çılpaq çıxır, daha sonra cərəyan edən dramatik epizodda Viqqonun qəhrəmanı çılpaq oynayır.

7. “Xəyalpərəstlər”. Eva Qrin

Eva Qrin Hollivudun gənc ulduzlarından biridir. O, bu günə qədər onlarla filmdə rol alıb, amma Bertoluççinin “Xəyalpərəstlər” filmində oynadığı rol unudulmazdır. Bu, Qrinin kinoda ilk böyük rolu olub və bu rol üçün aktrisa kamera qarşısına çılpaq çıxmaqdan belə çəkinməyib. Bunun nəticəsidir ki, “Xəyalpərəstlər” kinoteatrlarda nümayiş olunan ən erotik filmlərdən birinə çevrilib.

8. “Parol: balıq-qılınc”. Helli Berri

Şayiələrə görə, Helli 2001-ci ildə ekranlara çıxan bu trillerdə soyunmaq üçün yarım milyon dollar qonorar alıb. Bəzi tənqidçilər bu səhnəni sərt tənqid edib və ucuz PR vasitəsi adlandırıblar. Bəlkə də, doğrudur, amma bura Hollivudddur və burada soyunmaq pul deməkdir.

9. “Buqi stilində gecələr”. Hizer Qrem

Böyüklər üçün çəkilən Hollivud filmlərində açıq-saçıq səhnələr görməyə alışmışıq. “Buqi stilində gecələr” filmində isə bu səhnələr kifayət qədər çoxdur. Özü də Hollivud ulduzlarının iştirakı ilə. Məhz belə səhnələr aktrisa Hizer Qremin gələcək karyerasına təkan verib.

10. “Əsas instikt”. Şeron Stoun

İstintaq zamanı Şeron Stounun oturuşu kino tarixinin ən məşhur səhnələrindən biridir. Stounun cazibədar ayaqları və qısa ətəyi vaxtilə çoxlarının yuxusunu qaçırdıb. Şeron Stoun isə bu səhnənin bu qədər səs-küy yaratmasına sadəcə təəccübləndiyini deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm