Alim Qasımov Montröya gedir
Bizi izləyin

Tabloid.az

Alim Qasımov Montröya gedir

İyulun 6-da İsveçrədə keçirilən Montrö Beynəlxalq Caz Festivalı çərçivəsində xalq artisti Alim Qasımovun konserti təşkil edilib.

Publika.az-ın məlumatına 48-ci dəfədir ki, dünyanın ən məşhur və virtuoz musiqiçilərini bir araya gətirən bu musiqi bayramı iyulun 19-dək davam edəcək.

Festival günlərində gənc virtuoz ifaçı, 2009-cu il Montrö Beynəlxalq musiqi festivalının qalibi, əməkdar artist İsfar Sarabskinin, əməkdar artist Rəşad Haşımovun rəhbərlik etdiyi “Rast” qrupunun, məşhur saksofon ifaçısı Meseo Parkerin birgə konsertləri, həmçinin əməkdar artist Natiq Şirinovun rəhbərliyi ilə “Natiq ritm” qrupunun çıxışları təşkil ediləcək. Bununla yanaşı, Natiq Şirinov nağara, Coşqun Sadıqov isə balaban üzrə ustad dərsləri keçirəcək.

Artıq üç ildir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti bu festivalın rəsmi tərəfdaşlarındandır.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm