Tabloid.az
Tünzaləni pərt etdilər: “Bu, niyə belə bağırır?”
Əməkdar artist Tünzalə Ağayeva Türkiyədən geri dönüb.
Publika.az-ın məlumatına görə, sənətçi qardaş Türkiyənin TRT1 kanalında yayımlanan müəllif proqramını başa vuraraq Azərbaycana qayıdıb.
Verilişlə bağlı unudulmaz anlar yaşadığını deyən müğənni Türkiyədə aparıcı olduğu dönəmdə qardaş ölkənin insanları tərəfindən tanınıb, sevildiyini bildirib: “Hava limanında, küçədə, hər yerdə məni göstərib tanıdıqlarını deyirdilər. Bundan çox qürur duyurdum. Veriliş apardığım zaman başıma maraqlı və gülməli hadisələr də gəlib. Deyim ki, mənim veriliş apardığım pavilyonda 300 tamaşaçı vardı. Aralarında nisbətən yaşlı nəsildən bir qadın da oturmuşdu. Başını bağlayan həmin xanım mənim mahnılarımın sədaları altında rəqs də edirdi. Bir dəfə əcnəbi mahnı ifa etdim. Gördüm ki, həmin qadın əlləri ilə qulaqlarını qapayıb stolun altında gizlənir. Elə hey yanındakı kişidən “bu, niyə belə bağırır” deyə sual edir. Mən mahnını nəqarət hissəsini oxuduqca, səsimi yüksəltdikcə o belə edirdi. Qadının bu davranışı məni həm də güldürürdü, amma mahnı oxuduğum üçün ona reaksiya verə bilmirdim. Görünür, sadəcə, o, əcnəbi musiqini anlamadığı üçün belə edirdi”.
Sənətçi smit sevgisindən də danışıb: ”Biz orda olanda türklər hər zaman mənim nə yeyəcəyimi qabaqcadan öyrənirdilər. Mən də smiti çox sevirəm. Ankarada smitlər çox dadlı olur. Dedim ki, mənə smit verərsiniz. Çox pis oldular ki, nə danışırsınız, Tünzalə xanım, biz sizə smit yedirəcəyik? Sən bizim hörmətli qonağımızsan. Onlar hesab edirdilər ki, mənə smit yedirmək hörmətsizlikdir. Bax belə maraqlı hadisələrlə qarşılaşırdım”.
Cəvahir Səlimqızı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR