Bakıda “Parodiyalar paradı”
Bizi izləyin

Tabloid.az

Bakıda “Parodiyalar paradı”

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının sentyabr repertuarı maraqlı tamaşalarla zəngindir.

Məlumata görə, teatrın kollektivi 94-cü mövsümü sentyabrın 20-də İlyas Əfəndiyevin “Büllur sarayda” tamaşası ilə açacaq.

Teatrsevərlər sentyabrın 21-də Pedro Kalderonun “Məhəbbətlə zarafat etmirlər” lirik komediyasına, ayın 26-da Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında hazırlanmış eyni adlı tamaşaya, 27-də Rey Kuninin “Həddən ziyadə evli taksi sürücüsü” komediyasına baxa bilərlər.

Sentyabrın 29-da isə yeni mövsümün ilk premyerası “Parodiyalar paradı” təqdim ediləcək.

Teatrın kollektivi həmişə olduğu kimi, bu mövsümdə də uşaqları yaddan çıxarmayıb.

Balaca tamaşaçılar sentyabrın 21-də Yekaterina Çernyakın “Gözəl Vasilisa”sına, ayın 22-də A.Puşkinin “Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl”ına baxa bilərlər.

Sentyabrın 27-də Vladimir Neverovun “Nağılı tap!-1”, ayın 28-də Valentina Reznikovanın “Maşa və ayı” tamaşaları göstəriləcək. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm