Özbəkistan telekanalında Azərbaycan milli geyimlərinə həsr olunmuş veriliş
Bizi izləyin

Tabloid.az

Özbəkistan telekanalında Azərbaycan milli geyimlərinə həsr olunmuş veriliş

Özbəkistanın "Dunyo boylab" telekanalı "Dünya xalqlarının milli libasları" silsiləsindən verilişlər hazırlayır. Telekanalın bu silsilədən növbəti verilişi Azərbaycan milli geyimlərinə həsr olunub.

Özbəkistanın "Dunyo boylab" telekanalı "Dünya xalqlarının milli libasları" silsiləsindən verilişlər hazırlayır. Telekanalın bu silsilədən növbəti verilişi Azərbaycan milli geyimlərinə həsr olunub.

Publika.az Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, "Azərbaycan milli libasları" verilişində xalqımızın tarixi, mədəniyyəti, ölkəmizin şəhərləri, adət-ənənələri haqqında məlumat verilib, Cənubi Qafqazın ən böyük dövləti olan Azərbaycanın son illərdə bütün sahələrdə əldə etdiyi uğurlar, həyata keçirilən layihələr haqqında söhbət açılıb.

Proqramda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olan milli geyimlərimiz haqqında geniş məlumat verilib, Mərkəzin direktoru Samir Abbasov Azərbaycan mədəniyyəti, adət və ənənələri haqqında çıxış edib, milli geyimlərimiz nümayiş etdirilib. Mərkəzin həyətində qurulmuş Azərbaycan mədəniyyətini tərənnüm edən ekspozisiya, milli musiqi alətlərindən ibarət sərgi, milli geyimli qızların çıxışı tamaşaçıların marağına səbəb olub.

Qeyd edək ki, bundan əvvəl telekanal Koreya Respublikası, Belarus, Çin, Hindistan, Ukrayna, Çexiya, Rusiya, Polşa və s. ölkələrin milli geyimləri haqqında proqramlar hazırlamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm