İstinin qənimi: soyuq çay - Reseptlər
Bizi izləyin

Tabloid.az

İstinin qənimi: soyuq çay - Reseptlər

Tabloid.az isti yay günlərində ürəyinizi sərinlədəcək soyuq çay reseptlərini təqdim edir:

Almalı, nanəli çay

 Яблочно-мятный чай

Hazırlanma müddəti: 10 dəqiqə

4 nəfərlik

İnqrediyentlər:

2 ədəd yaşıl alma

30 qram təzə nanə

10 qram qara çay

60 qram şəkər tozu

1,5 l su

Limon ½ hissə

Buz kubu

Hazırlanma qaydası:

Qara çayı dəmləyin, süzün. Nanəni iri-iri doğrayın. Qara çaya əlavə edin. Almanı təmizləyin, kub şəklində doğrayın, limonla birlikdə qara çaya əlavə edin. Dəm çaynikinin qapağını bağlayın və soyudun. Çayı süzəndə içərisinə buz kubikləri və limon dilimi atın.

Çaylı, sitruslu punş

Чайно-цитрусовый пунш

Hazırlanma müddəti: 15 dəqiqə

4 nəfərlik

İnqrediyentlər:

Dəmlənmiş qara çay - 1 stəkan

1 ədəd limon

3 ədəd portağal

Şəkər tozu - 20 qram

Moruq siropu 0,5 stəkan

Ananas şirəsi 1 stəkan

Qazlı mineral su və ya soda - 1 stəkan

Buz kubiki

Hazırlanma qaydası:

1 stəkan soyuq çayı 1 limonun şirəsi ilə qarışdırın, üç portağalın şirəsini və şəkəri də əlavə edin. 0,5 stəkan moruq siropunu, 1 stəkan ananas şirəsini və 1 stəkan qazlı suyu da tökün. Əvvəlcədən ananas və buz kubları doldurulmuş stəkana hazırladığınız çaydan əlavə edin.

Hind stilində ədviyyəli çay

Пряный чай в индийском стиле

Hazırlanma müddəti: 15 dəqiqə

4 nəfərlik

İnqrediyentlər:

Qara çay – 2 xörək qaşığı

Zəncəfil tozu - 1 çay qaşığı

Qərənfil - 5 ədəd

Darçın qabığı – 2 çubuq

Nanəli çay 1 xörək qaşığı

Limon – 3 ədəd

Qaynadılmış su - 1 l

Zövqə görə şəkər

Buzlu kub

Hazırlanma qaydası:

Qara və nanəli çayı, ədviyyatları qarışdırın və üzərinə qaynar su tökün. Altı dəqiqə ərzində dəmləyin, süzün, şəkər əlavə edin. Maye soyuduqdan sonra limon şirəsi və qazlı su qatın. Alınmış içkini badələrə tökün. Əvvəlcədən içinə buz kubikləri tökün.

Hilli-südlü çay

Чай с кардамоном и молоком

Hazırlanma müddəti: 20 dəqiqə

4 nəfərlik

İnqrediyentlər:

Qara çay - 4 çay qaşığı

Hil - 8 yaşıl toxum

Su - 1,2 l

Bir portağal qabığı

Zövqə görə şəkər

Süd - 1 stəkan

Hazırlanma qaydası:

Hilin yaşıl toxumunun üzərinə su tökün, zəif odda 10 dəqiqə dəmləyin. Qara çatı, portağal qabığını əlavə edin və qaynadın. Atəşi söndürün, 3-5 dəqiqə dəmlənsin. Südü, şəkəri əlavə edib, qarışdırın. İçinə buz kubikləri doldurulmuş stəkanlara tökün.

Çiyələkli yaşıl çay

Зеленый чай с клубникой

Hazırlanma müddəti: 10 dədiqə

4 nəfərlik

İnqrediyentlər:

Yaşıl çay - 2 çay qaşığı

1 ədəd limon

2-3 nanə pöhrəsi

200 qram təzə çiyələk

Zövqə görə şəkər

Su - 1,2 l

Hazırlanma qaydası:

1,2 litr qaynar su ilə yaşıl çayı dəmləyin. Şəkər, yarım limonun şirəsini, doğranılmış çiyələyi, nanəni də əlavə edib, yaxşıca qarışdırın. Buz kubiklərini stəkana doldurun, limon dilimləri ilə bəzəyin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm