Elxan Şirinovdan təzə xəbər – VİDEO
Bizi izləyin

Tabloid.az

Elxan Şirinovdan təzə xəbər – VİDEO

Əməkdar artist Elxan Şirinov uzun fasilədən sonra, nəhayət ki, yaradıcılığında yenilik etdi.

Publika.az-ın məlumatına görə, müğənni yeni mahnısını lentə aldırıb. “Mən yenə axşamlar tək dolaşıram” adlı mahnını ilk dəfə ATV kanalında ifa edən müğənni yaxın günlərdə yeni layihəsinin təqdimat mərasimini də keçirəcək. Müğənninin dediyinə görə, mahnı onun öz həyatına həsr olunub: “Demək olar ki, bu mahnı mənim həyatımın musiqisidir. “Ağlama ruhum”, “Qara geyinmə” və digər mahnılarım kimi, düşünürəm ki, bu həzin musiqi də seviləcək. Artıq mahnı “Youtube” sosial şəbəkəsində yerləşdirilib”.

Lirik musiqilərə daha çox yer ayıran müğənni bunun səbəbini belə izah edir: “Mən toylarda, adətən, lirik musiqilər ifa edirəm. Çünki istəyirəm ki, insanlar həm də düşünsünlər. Mənim musiqilərim onları düşünməyə vadar edir. Çünki düşünmək gözəl duyğudur”.

Qeyd edək ki, başından əməliyyat olunan, buna görə də səhhətində problemlər yaşayan sevilən sənətçi uzun müddət idi ki, yaradıcılığına fasilə vermişdi və yeni mahnılar yazdırmırdı. Artıq sağlıq durumu yaxşılaşan müğənni qarşıda sevənlərini daha bir neçə mahnılarla sevindirəcəyini bildirdi.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm