Sehrli çubuğu olan dirijorun ad günü oldu – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Sehrli çubuğu olan dirijorun ad günü oldu – FOTOLAR

Avqustun 20-si görkəmli Azərbaycan dirijoru və bəstəkarı, SSRİ xalq artisti Niyazinin ad günüdür.

Bu münasibətlə Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyinin kollektivi Fəxri xiyabana gələrək Maestronun məzarı önünə təzə-tər güllər düzüb, xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Muzeydən Publika.az-a verilən məlumata görə, Niyazi mənzil-muzeyinin müdiri Rza Bayramov ziyarətə gələnlərə onun dirijorluq və bəstəkarlıq fəaliyyəti haqqında ətraflı məlumat verib, dünya musiqi tarixində xidmətlərini xüsusi vurğulayıblar.

Daha sonra Niyazinin mənzil-muzeyində keçirilən “açıq qapı” günü çərçivəsində Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova maestronun həyat və yaradıcılığından geniş söhbət açıb.
Vurğulayıb ki, Azərbaycan bəstəkarlarının və peşəkar dirijorluq məktəbinin formalaşması və inkişafında, ifaçılar nəslinin yetişməsində Niyazinin böyük xidmətləri olub. Dünya şöhrətli musiqiçi xarici ölkələrdə Azərbaycan musiqisini yüksək səviyyədə təbliğ edib.

Qonaqlara Maestro haqqında film, onun konsertlərindən, “Rast” muğam-baleti və “Çitra” baletindən videogörüntülər nümayiş etdirilib.

Musiqisevərlər gün ərzində Maestronun mənzil-muzeyini ziyarət ediblər.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm