Tabloid.az
Murad Arif: “Verilişimə çağırdıqlarımın əksəriyyətini dinləmirəm” - FOTOLAR/VİDEO
Artıq teleməkanda yeni mövsümə start verilib. Televiziyalarda yeni layihələrlə yanaşı, köhnə verilişlər də izləyicilərə təqdim olunacaq. Bu sırada “Solo” verilişi də var.
Həmsöhbətim uzun illərdən bəri Lider Televiziyasının ən baxılan proqramlarından olan “Solo”nun sevilən aparıcısı Murad Arifdir.
Tanınmış bəstəkar, prodüser, aparıcı, ən əsası, xarizmatik insan olan Murad Publika.az-a yeni mövsümdəki “Solo” barədə danışıb.
“Formatımızı qarışdırıb, tamaşaçını çaşdırmayacağıq”
- Yeni mövsümdə “Solo” verilişini hansı formatda görə biləcəyik? Yeniliklər nəzərdə tutulubmu?
- Yox, heç bir yenilik nəzərdə tutulmayıb. “Solo” verilişi
teleməkanda sırf musiqidən, musiqiçidən, musiqi dilində danışan tək
verilişdir. Formatımızı qarışdırıb, tamaşaçını çaşdırmayacağıq.
“Solo” elə “Solo” olaraq qalacaq.
- Bir aparıcı kimi bu verilişin mahiyyətini nədə
görürsən? Məqsəd və məram nədir?
- Məqsəd və məram musiqimizin bugününü tam reallığı ilə göstərmək,
müğənnilərimizin canlı ifa qabiliyyətini nümayiş etdirmək, ara-sıra
dünəni xatırlamaq, yada salmaqdan ibarətdir.
- Azərbaycan teleməkanında “Solo”nun rəqibi
varmı?
- Bircə onu deyə bilərəm ki, bir çox proqramlar musiqili veriliş
kimi başlayıb, qalmaqallı süjetler, söhbətlərlə yönlərini
dəyişdi.
- “Solo” verilişi əsasən nəylə fərqlənməyə
çalışır?
- Burada aparıcıdan çox şey asılıdır. Məncə, musiqini bilməyən,
sevməyən insana bu verilişi aparmaq maraqsız olar. Mənsə həyatımı
musiqiyə bağlamışam. Yazıram, oxuyuram, öyrənirəm.
“Sülhsevərliyim münaqişəli situasiyalara imkan
vermir”
- Bu proqramın rəngarəng və yorucu olmaması üçün bir
aparıcı kimi hansı vasitələrdən istifadə edirsən?
- Həyatda səmimiyyət hər məqsəd üçün əsas vasitədir. Aparıcılıqda
da həmçinin.
- İndiyədək elə bir müğənni olubmu ki, çağırmısan, amma
verilişə gəlməkdən imtina edib?
- Yox. Əksinə, başqalarının proqramından imtina edən çox maraqlı
ifaçılar mənim proqramımda görünməyə can atırlar. Buna
sevinirəm.
- Ümumiyyətlə, müğənnilər bu verilişə rahatlıqla
gəlir?
- Yaradıcı heyətimizin və xüsusən də mənim sülhsevərliyim
münaqişəli situasiyalara imkan vermir.
- Təbii ki, canlı ifadan qorxan müğənnilər də az deyil,
deyilmi?
- Proqramıma fonoqramla gələn hər bir ifaçıya belə bir şübhə ilə
yanaşa bilərsiniz…
“Könlümə yaxın buraxmıram ki...”
- Gəl bir az da, canlı yayım zamanı ekstrimlərdən
danışaq. İndiyədək verilişdə baş verən ən maraqlı hadisələrdən
danış. Məsələn, kimsə yıxılıb, kiminsə səsi batıb?..
- Canlı yayımda efirə çıxdığımız vaxtlar fonoqramlar kəsilib,
müğənni sözləri unudub və ya sonda mahnını vaxtında bitirə
bilmədiyindən ifanı yarımçıq kəsməli olmuşuq.
- Heç olubmu ki, münasibətin pis olduğu, yaxud, küsülü
olduğun bir müğənnini efirə çağırmısan?
- Belə bir müğənni yoxdur. Mən işi real həyatdan ayırd edə bilirəm.
Müğənnilərlə münasibətimdə çox neytral və praqmatikəm. Könlümə
yaxın buraxmıram ki, qəlbimi də qıralar. Onlar mənim həmkarlarım,
iş yoldaşlarımdır. Əvvəl-əvvəl təcrübəsiz vaxtlarımda olub,
incimişəm, soyuq davranmışam, amma bunun qeyri-peşəkarlıq olduğunu
anlayıb, yola verməyi öyrənmişəm. Və bu gün hər kəslə qarşılıqlı
hörmətdə bulunuram. Belə daha rahatdır.
“Kiminsə fanatı olmaq kimi keyfiyyətdən məhrumam”
- Elə bir sənətçi olubmu ki, arzulamısan, amma hələ də
efirində qonaq olmayıb?
- Yox. Mənim üçün elə bir əlçatmaz sənətçi yoxdur. Ümumiyyətlə, mən
müğənniləri arzulamaq, onları bütləşdirmək, kiminsə fanatı olmaq
kimi keyfiyyətlərdən məhrumam. Hər kəs adi insandır. Kimi
müəllimdir, kimi həkim, kimi fəhlə, kimi nazir, kimi aparıcı, kimi
də müğənnidir. Arzulamaq nədir? Oxuyandırsa, gəlib oxusun da...
Nəyini arzulamalıyam? Hələ də efirimdə olmayanlar var. Vaxtı
gələndə, ürəkləri istəyəndə qonaq olarlar. Peşəkarlara qapımız
açıqdır.
“Buna görə qonaq çağırırıq”
- Elə bir müğənni olubmu ki, kiminsə xahişi ilə onu verilişə dəvət etmisən, amma sonradan peşman olmusan?
- Hamı gözəl sənətçi və peşəkar olmur. Bu, təbiidir. Şəxsən özüm qonaqlarımın 99.9 faizini maşında, evdə dinləmirəm. Amma inanıram ki, o qonaqları dinləyən, istəyən, sevən tamaşaçılarım var. Buna inanaraq qonaq çağırırıq.
- Ən səmimi, ən pozitiv, ən maraqlı qonağın kim olub
indiyə qədər?
- Röya, Aygün Kazımova, Briliant Dadaşova, Rəhim Rəhimli, Faiq
Ağayev, Natəvan Həbibi, Miri Yusif, Abbas maraqlı müsahiblərdir.
İfaya gəlincə, hər kəsin öz tamaşaçısı var. Fərq qoymaq
istəməzdim.
- Elə bir qonağın olubmu ki, səni o qədər yorub ki,
verilişin tez qurtarmasını arzulamısan?
- Hərdən olur... Adam ya oxumağı, ya da heç olmasa, fikirləri ilə
maraqlı ola bilmirsə, tamaşaçı da, aparıcı da eyni hissləri
yaşayır.
Cəvahir Səlimqızı
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır