Tabloid.az
Bu gün Yaşar Nurinin ad günüdür
O, azərbaycanın kino və teatr sahəsində, komik,
psixoloji və dramatik rolların məharətli ifaçısı kimi,
tamaşıcıların yaddaşında silinməz iz qoymuş bir aktyor idi. Onun
oynadığı rollara dəfələrlə baxsaq da yorulmaq bilmir, əksinə həzz
alırıq. Yaşar Nuri 1951-ci il sentyabır ayının 3-də Bakıda, aktyor
ailəsində dünyaya göz açıb. Onun atası Məmmədsadıq Nuriyev da komik
səhnələrin mahir ustası idi.
Yaşar Nuri, gözəgörünən fitri istedada malik idi. Oynadığı rollarda
cəldliyə, çevikliyə üstünlük verər, səhnədə olarkən sıxılmaz, çətin
vəziyyətlərdən çıxaraq improvizələr edərdi.
“Çox təəsüüf ki, aramızdan tez getdi. Çünki xalqın ən sevimli
sənətkarı idi. Niyə görə. Bu adam kinodan danışırıqsa və yaxud
teatır səhnəsindən danışırıqsa, o rolu əzbərləyib çıxmırdı. O rolu
oyrənirdi, qalan şeylər ancaq özündən gəlirdi. İmprovizə deyilən
bir şey var bunu hər aktyor edə bilmir. Amma Yaşarda bu alınırdı” –
deyə Kinoşünas Aydın Kazımzadə bildirir.
Yeniyetmə yaşlarından televiziyada uşaq verilişlərində çəkilən və
teatr səhnələrində uşaq rollarını ifa edən aktyor, 1968-ci ildə
orta məktəbi bitirib Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram
və kino aktyorluğu fakültəsinə daxil olur. Təhsilini başa vurduqdan
sonra, elə institutun tədris teatrında aktyor işləməyə başlayır
.
1974 -cü ildə Yaşar Nuri Tofiq Kazımovun dəvəti ilə Akademik Milli
Dram Teatrının aktyor truppasına qəbul olunur. Fəaliyyətə başladığı
ilk illərdən aktyora bir qayda olaraq xarakterik rollar tapşırılsa
da o bu rolların öhdəsindən də məharətlə gələrək ətrafdakıları
heyrətləndirir, düşündürür, həm də güldürürdü.
Yaşar Nurinin böyük populyarlıq qazandığı çoxlu ekran obrazları
var. Əlliyə yaxın bədii filmə çəkilən, yüzdən çox tamaşada, bədii
kompozisiyada, satirik səhnəciklərdə iştirak edən aktyor, daim
pərəstişkarlarını heyrətləndirə bilirdi.
Aktyorun kino fəaliyyətinə nəzər saldıqda, oynadığı bir çox
rollarda şərt çərçivələrini pozmaq meyli aşkar görünür. Bəzən
rejissorun quruluşu ilə razılaşmayan aktyor, tamaşa zamanı öz
improvizəsi ilə gedişatı tamam darmadağın edərək, tamaşaya daha da
bəzək və kolorit gətirir.
Aktyorun maraqlı və yaddaqalan obrazlarından biri də “Yol Əhvalatı”
filmindəki Makintoş obrazıdır. Bu film tamaşaçılar tərəfindən o
qədər sevilib ki, ekranda hər nümayişi böyük rəğbətlə
qarşılanır.
1988-ci ildən başlayaraq kinorejissor Vaqif Mustafayevlə birgə
işlədiyi rollar xüsusilə diqqəti çəkir. Bu filmlər və Yaşarın
yaratdığı obrazlar, ayrı-ayrılıqda dünya kinosunun ən dəyərli
nümunələrindən sayıla bilər.
Azərbaycanın xalq artisti Yaşar Nuri 2012-ci ildə noyabır ayının
22-də uzun sürən xəstlikdən sonra vəfat etdi. Amma onun kino və
tamaşalarda sevə-sevə yartdığı obrazlar hələ uzun müddət
yaddaşlarımızda əbədi olaraq qalacaq.
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO