Kukla teatrı balacaları sevindirəcək
Bizi izləyin

Tabloid.az

Kukla teatrı balacaları sevindirəcək

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı yeni mövsümdə balaca tamaşaçıların marağına səbəb olan tamaşalarla çıxış edəcək.

ANS PRESS-in məlumatına görə, uşaqların ən çox sevdiyi və vaxtlarını səmərəli keçirə biləcəyi sənət ocaqlarından olan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı bu ay üçün nəzərdə tutulan afişanı təqdim edib.

12 sentyabr
Saat 12.00,14.00,16.00 Rus xalq nağılı “QOĞAL”
Saat 18.00 Rus xalq nağılı “QOĞAL” (rus dilində)

13 sentyabr
Saat 12.00,14.00,16.00 K.Ağayeva “GÖYÇƏK FATMA”
Saat 18.00 T.Ağayev “QOÇAQ ƏHMƏD” (rus dilində)

14 sentyabr
Saat 12.00,14.00,16.00 Ə.Səmədli “CİK-CİK XANIM”
Saat 18.00 A.Lindqren “KARLSON” (rus dilində)

18 sentyabr
Saat 18.00 Ü.Hacıbəyli “O OLMASIN, BU OLSUN”

19 sentyabr
Saat 12.00 14.00 Ü.Hacıbəyli “O OLMASIN, BU OLSUN”
Saat 16.00 18.00 T.Ağayev “QOÇAQ ƏHMƏD” (rus dilində)

20 sentyabr
Saat 12.00,14.00,16.00 K.Kollodi “PİNOKKİONUN SƏRGÜZƏŞTLƏRİ”
Saat 18.00 K.Kollodi “PİNOKKİONUN SƏRGÜZƏŞTLƏRİ” (rus dilində)

21 sentyabr
Saat 12.00,14.00,16.00 N.Kazımov “ƏLƏDDİN”
Saat 18.00 Rus xalq nağılı “QOĞAL” (rus dilində)

26 sentyabr
Saat 12.00,14.00,16.00 A.Ekzüperi “BALACA ŞAHZADƏ”
Saat 18.00 K.Şahmərdan “AĞ VƏ QARA”

27 sentyabr
Saat 12.00,14.00,16.00 C.Rodari “ÇİPOLLİNO”
Saat 18.00 C.Rodari “ÇİPOLLİNO” (rus dilində)

28 sentyabr
Saat 12.00,14.00,16.00 M.Seyidzadə ”CIRTDAN”
Saat 18.00 H.X.Andersen “NAĞIL HAQQINDA NAĞIL” (rus dilində)

Qeyd edək ki, Azərbaycan Dövlət Kukla Teatrı – 1931-ci ildə Bakıda uşaqlar üçün yaradılıb. Ayrı-ayrı illərdə (1931-1941; 1946-1950) müstəqil teatr kimi, müəyyən çağlarda isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı(1941-1946) və Azərbaycan Dövlət Filarmoniyası yanında (1950 ildən) fəaliyyət göstərib. 1965-ci ildən müstəqil teatrdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm